Arif Ağalar oğlu Əliyev (26 iyul 1983, Susuzluq, Kəlbəcər rayonu – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini, şəhid.
Arif Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 iyul 1983 |
Doğum yeri | |
Vəfat tarixi | 4 iyun 2021 (37 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Susuzluq kəndi yaxınlığında partlayış |
Dəfn yeri | Göygöl Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Ağalar Əliyev |
Anası | Müşgünaz Əliyeva |
Həyat yoldaşı | Ülviyyə Əliyeva |
Uşaqları | Ləman, Rəvan, Sərvan |
Hərbi xidmət | |
Xidmət illəri | 2012–2021 |
Rütbəsi | Mülki vətəndaş |
Elmi fəaliyyəti | |
İş yeri | Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini |
|
|
Təltifləri |
Əliyev Arif Ağalar oğlu 26 iyul 1983-cü ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. 1990-cı il tarixində Kəlbəcər rayonunun Susuzluq kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əliyevlər ailəsi Göygöl rayonunda yaşamağa başlayıblar. Orta təhsilini Göygöl rayonunda davam etdirib. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Universitetə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində xidmət etmişdir. Daha sonra Kəlbəcər rayon Susuzluq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə müavin vəzifəsində çalışan Arif Əliyev 04 iyun 2021-ci il tarixində rəsmi olaraq Kəlbəcər rayonu Susuzluq kəndinə səfəri zamanı düşmənin təxribatı nəticəsində minaya düşərək şəhidlik zirvəsinə ucalmışdır. Ailəli idi. 05 iyun 2021-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.[1]
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Əliyev Arif Ağalar oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[2]