Arif Əli oğlu Bayramov — Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Mərkəzi Nəbatat Bağı Örtülü şəkildə becərilən bitkilər laboratoriyasının baş elmi işçisi.
Arif Bayramov | |
---|---|
Arif Əli oğlu Bayramov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Elm sahəsi | Botanika |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Mərkəzi Nəbatat Bağı |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu |
Şəxsi tədqiqatların elmi istiqaməti kserofit qrup bitkilərlə bağlıdır və aparılmış introduksiya tədqıqatlarında 150 yeni bitki növü öyrənilmişdir. Bu növlərin təkamüldə struktur əlamətlərinin uyğunlaşma mahiyyəti aşkar olunub, ekoloji-tarixi retroproqnoz fonunda və floroqenetik analiz əsasında onların əmələ gəlmə mənşəyi, hal-hazırkı təbii areallarına miqrasiya yolları və vaxtı araşdırılmışdır.
1980-ci ildən laboratoriya yaxud şöbədə aparılan mövzulara rəhbərlik edilib və dünyanın müxtəlif regionlarından cəlb edilmiş 300 yeni növ üzrə introduksiya tədqiqatları aparılmışdır. Nəticədə 200 növə yaxın bitki (şəxsi tədqiqatların bitkiləri daxil olmaqla) quru subtropik şəraiti üçün perspektivli növ kimi qəbul olunub və müxtəlif illər Akademiyanın tədbiqi planı üzrə profilli müəssisələrə tədbiq olunmuşdur. Aparılan işlər nəticəsində (rəhbərlik edilmiş və şəxsən aparılmış) quru subtropik zonalarda introduksiya üçün floristik mənbələr aşkar olunub, onların perspektivliyi nəzəri və praktiki cəhətdən əsaslandırılmışdır.
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 80-dir. Bunlardan 44-ü xaricdə çıxıb. [1]