Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Arif Məmməd oğlu Həşimov (28 sentyabr 1949, Şahbuz) — texnika elmlər doktoru, akademik, "Azərenerji" ASC-nin prezidentin müşaviri və LAYİHƏ-AXTARIŞ ENERGETİKA İnstitutunun direktoru, AMEA Fizika İnstitutunun "Yüksək gərginliklərin fizikası və texnikası" laboratoriyasının rəhbəridir. Əməkdar Elm Xadimi (2005), AMEA-nın həqiqi üzvü (2007) AMEA Fizika İnstitutunun baş direktoru (22.01.2021). 19 fevral 2022 etibarən AMEA-nın prezident vəzifəsinin icraçisi[1].
Arif Həşimov | |
---|---|
Arif Məmməd oğlu Həşimov | |
Doğum tarixi | 28 sentyabr 1949 (75 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | energetika və elektrofizika |
Elmi dərəcələri | texnika elmləri doktoru, akademik |
İş yerləri | |
Alma-mater | Azərbaycan Neft və Kimya İnstitutu |
Təhsili | |
Elmi rəhbəri | Akademik Çingiz Mehdi oğlu Cuvarlı |
Üzvlüyü | |
Mükafatları |
Arif Həşimov 28 sentyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərindən müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olmuş, 1971-ci ildə institutu bitirdikdən sonra AMEA Fizika İnstitutunun "Elektrofizika" laboratoriyasında işləməyə başlamışdır. Hazırda laboratoriya "Yüksək gərginliklərin fizikası və texnikası" adlanır və A.M.Həşimov onun rəhbəridir. O, 1980-ci ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafıə etmişdir. Akademik Ç.M.Cuvarlı tərəfindən yaradılmış Azərbaycan yüksək gərginliklər fizikası və texnikası elmi məktəbi A.M.Həşimov tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. A.M.Həşimovun iştirakı ilə yerinə yetirilmiş tədqiqatların nəticələri dəfələrlə SSRİ və Azərbaycan Elmlər Akademiyasının elmi hesabatlarına çox əhəmiyyətli nəticələr kimi daxil edilmişdir. O, 2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilmiş və bu vəzifəni 01.06.2009-cu ilə qədər icra etmişdir. A.M.Həşimov bir neçə il Azərbaycan Dövlət Neft Akademiyasında mühazirələr oxumuş və "Yüksək gərginliklər texnikası və elektrotermiki qurğular kafedrası"nın professoru olmuşdur. Hazırda Azərbaycan Texniki Universitetin professorudur. Azərbaycan MEA Fizika İnstitutunda fəaliyyət göstərən doktoru alimlik dərəcəsi verən şuranın sədri (2002–2008-ci illər) və Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjilayihə İnstitutunda elmlər doktoru alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuranın üzvü (1994–2005-ci illər) olmuşdur. "Energetikanın problemləri" jurnalının baş redaktorunun müavini, "Fizika" jurnalının redaksiya heyətinin üzvüdür.
Həşimov Arif Məmməd oğlu müasir elmin çox əhəmiyyəti istiqamətlərindən biri olan energetikanın fiziki-texniki problemləri sahəsində elmi-tədqiqat işləri aparır. Elektroenergetika sahəsində A.M.Həşimov dissipativ faktorları nəzərə almaqla paylanmış parametrli elektrik dövrələri nəzəriyyəsinin müasir elektroenergetik sistemin aktual məsələlərinin həllinə tətbiqi ilə inkişafına çox əhəmiyyətli töhfə verilmişdir. Onun iştirakı ilə tipik avtotransformatorların (AT) və blok transformatorların (TR) istifadəsini saxlamaqla torpaqlanma əmsalı 0,8-ə qədər olan elektrik şəbəkələrinin neytralının torpaqlanması nəzəriyyəsi işlənib hazırlanmışdır. İlk dəfə olaraq neytralın buraxıla bilən gərginliyi ilə AT-un orta gərginlik çıxışındakı sinif ardıcıllıqlı gərginlik arasında funksional asıllıq müəyyən edilmişdir ki, bu da blok TR neytralının torpaqlanma dövrəsindəki reaktorların müqaviməti üçün hesabı kəmiyyət kimi qəbul olunmuşdur. A.M.Həşimov 1978-ci ildə yüksək gərginlikli elektrik şəbəkələrinin neytralının rejimləri sahəsindəki kompleks işlərə görə həmmüəlliflər ilə birlikdə Respublika Dövlət mükafatına layiq görülmüşdür. Müasir kompüterlərin meydana gəlməsinə qədər A.M.Həşimov tərəfindən mürəkkəb elektrik dövrələrində dalğa proseslərinin hesabat alqoritmləri işlənib hazırlanmışdır ki, bunların da qısa qapanma cərəyanlarının, bərpa olunması və ferrorezonans ifrat gərginliklərin məhdudlaşdırılması istiqamətində yeni texniki həllərin riyazi modellərdə tədqiqinin təmin edilməsində çox böyük rolu olmuşdur. Kompleks ədədi hesabatların nəticələri radial xətlərdə ferrorezonans prosesini aradan qaldıran, xəttin tamfazlı olmayan qoşulması və açılmasını aşkar edən qurğuların, gərginlik transformatoru ilə bağlı olan ferrorezonansı aşkar edən və söndürən qurğunun, eyni zamanda, 20 ildən çox bir müddətdə etibarlı işləyən SSRİ-Finlandiya elektrik veriliş xəttindəki 400 kV-luq sabit cərəyan çevirici yarımstansiyanın qoşulmasından yaranan keçid ferrorezonansını aradan qaldıran qurğunun və s. işlənib hazırlanması və tətbiq olunmasında geniş istifadə olunmuşdur. A.M.Həşimov böyük silsilə işləri yüksək və ifrat yüksək gərginlikli elektrik veriliş xətlərinin və paylayıcı qurğuların dayanıqlığınıntəmin edilməsi probleminin, kompleks yanaşma əsasında, həlli istiqamətində ifrat gərginliklərdən effektiv mühafizə sisteminin işlənib hazırlanması üçün ferrorezonans və kommutasiya ifrat gərginliklərinin modelləşdirilməsi məsələlərinə həsr edilmişdir. A.M.Həşimovun iştirakı ilə qısa qapanma cərəyanlarının məhdudlaşdırılması və gərginlik transformatorlarında baş verən ferrorezonans ifrat gərginliyin qarşısının alınmasına dair müvafiq "Rəhbər göstərişlər" hazırlanmışdır. Akademik Ç.M.Cuvarlının rəhbərliyi ilə A.M.Həşimovun tex.e.d., prof. Y.V.Dmitriyevlə apardığı fundamental tədqiqatlar nəticəsində bir fazlı qısa qapanma cərəyanlarının məhdudlaşdırılmasının nəzəri əsasları və texniki vasitələri işlənib hazırlanmış, blok transformatorlarının "ulduz-ulduz" qeyri standart sxem ilə tətbiqinin işə yararlığı və texniki cəhətdən effektivliyi təsdiq olunmuş, Azərbaycan enerji sistemində təcrübi və sənaye bloklarının yaradılmasına imkan vermişdir. Bir sıra tədqiqatların nəticələrini o, "Elektrik şəbəkələrində dalğa proseslərinin ədədi analizi" Novosibirsk, Nauka, 2003(Y.V.Dmitriyev və İ.R.Pivçik ilə birlikdə) adlı monofraqfiyada ümumiləşdirmişdir. Elekrofizika sahəsində A.M.Həşimovun rəhbərliyi ilə bilavasitə iştirakı ilə dielektrik materiallara güclü elektrik sahələrinin və qazboşalmalarının təsiri zamanı materialların səthində və həcmində müşahidə edilən fiziki-kimyəvi proseslərin mexanizmlərinin müəyyənləşdirilməsi və bir sıra proseslərin nəzəri əsaslarının inkişafına zəmin yaradan fundamental tədqiqatlar aparılır, energetika sistemləri, neft, tələbələri təmin edən,fiziki-kimyəvi proseslərə əsaslanan, müasir texnoloji proseslərin işlənib hazırlanması həyata keçirilir. Son illər A.M.Həşimov tərəfindən elektrik enerjisinin generasiyası,çevrilməsi, akkumliyasiya olunması və bərpa olunan mənbələrin enerjisindən istifadə olunması, həmçinin bərpa olunan mənbələrin enerjisindən istifadə olunması, həmçinin bərpa olunan mənbələrin enerjisindən istifadə olunması, həmçinin bərpa olunan mənbələrin enerjisindən kompleks istifadəni nəzərə alan energrtik sistemin işlənib hazırlanması və Respublika üçün yeni olan nanosaniyə depazonunda olan implus gərginlik generatorların işlənib hazırlanması, tədqiqi və tətbiqi, ifratkeçiricili materiallardan istifadə etməklə, elektrik enerjisinin məsafəyə verilməsi problemin həlli, həmçinin elektrik şəbəkələrində ifrat gərginlikləri məhdudlaşdırmaq üçün tezlikdənasılı rezistorların tədqiqi ilə bağlı elmi istiqamələr inkişaf etdirilmişdir. Hazırda "Yüksək gərginliklər fizikası və texnikası" labaratoriyası göstərilən istiqamətlər üzrə nəzəri və təcrübi tədqiqatları A.M.Həşimovun rəhbərliyi ilə aparmaqdır.O, "Energetikanın problemləri" jurnalının əsas yaradıcılarından biri olaraq redaktor müavini, "Fizika" jurnalının isə məsul katibi kimi vəzifələrini yerinə yetirir. A.M. Həşimov "Azərenerji" ASC-nin texniki şurasının üzvüdür. Respublikada energetika sahəsi üzrə əlaqələndirmə şurasının sədr müavini, Sənaye və Energetka Nazirliyində alternativ enerji mənbələrindən istifadə edilməsi üzrə komissiyanın sədr müavini və həmçinin Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvüdür. A.M.Həşimov 1 doktorluq dissertasiyasının məsləhətçisi, 7- namizədlik dissertasiyası işinin isə bilavasitə elmi rəhbəri olmuşdur. O, bir neçə elmlər namizədi və doktorluq dissertasiyalarının opponenti olmuşdur. Eyni zamanda, A.M.Həşimov tərəfindən xarici ölkə elmi mərkəzləri (Türkiyə Respublikası,İran İslam Respublikası, MDB ölkələri, Polşa, Norveç, Çin Xalq Respublikası və s.)ilə elmi əməkdaşlıq həyata keçirilir. A.M.Həşimov ABŞ, Türkiyə, İran, Polşa, Kipr Respublikalarında, mDB ölkələrində və s. keçirilən Beynəlxalq konfranslarda dəfələrlə iştirak etmişdir. A.M.Həşimovun təşəbbüsü sayəsində 2000–2008 ci illərdə Respublikamızda və onun hüdudlarından kənarda energetikanın və fizikanın müasir problemlərinə həsr olunmuş ondan yuxarı Beynəlxalq konfrans keçirilmişdir. A.M.Həşimov Azərbaycan, İran,Türkiyə, Polşa, Rumıniya və s. respublikalarında keçirilən konfranslarda sədr, həmsədr olaraq konfransların yüksək səviyyədə keçirilməsini təmin etmişdir. A.M.Həşimov 310-dan yuxarı elmi məqalənin, onlarla patentləşdirilmiş ixtiraların və 5 monoqrafiyanın müəllifidir. A.M.Həşimovun məhsuldar elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti Respublikada və onun hüdudlarından kənarda yüksək yüksək qiymətləndirilir.
"History of Science" beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalının 5-ci sayından jurnalın "Fizika-riyaziyyat və texnika elmləri" üzrə redaksiya heyətinin üzvüdür.