Arif Paşa oğlu Qəmərli (5 yanvar 1929, Gəncə, Gəncə qəzası) — Baytarlıq elmləri doktoru, professor. K.İ.Skryabin adına Qırğızıstan Milli Aqrar Universitetinin heyvanların infeksion və invazion xəstəlikləri kafedrasının professoru.
Arif Qəmərli | |
---|---|
Qəmərli Arif Paşa oğlu | |
Doğum tarixi | 5 yanvar 1929 (95 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi | Baytarlıq elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | |
Təhsili |
Qəmərli Arif Paşa oğlu 1929-cu il yanvarın 5-də Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1951-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib və Moskva Dövlət Baytarlıq Dermatologiyası İnstitutu (Ümumittifaq Elmi-Tədqiqat Baytarlıq Sanitariyası İnstitutu) nəzdində aspiranturaya göndərilib. 1955-ci ildə A.Qəmərli baytarlıq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib (Ümumrusiya Elmi-Tədqiqat Eksperimental Baytarlıq İnstitutu, Moskva). 1956-cı ildə A.Qəmərli SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Qırğızıstana, Elmi-Tədqiqat Heyvandarlıq və Baytarlıq İnstitutuna daimi işləməyə gəlib və kənd təsərrüfatı heyvanlarının parazitlərinin öyrənilməsi laboratoriyasının rəhbəri təyin edilib. 1970-ci ildə A.Qəmərli doktorluq dissertasiyası müdafiə edib. 1987-ci ildə ona professor elmi adı verilib.[1]
Qırğız Respublikasının Kənd Təsərrüfatı Əlaçısıdır. Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin (ÜİKTS) bürünc medalı (Moskva, 1957), “Rəşadətli əməyə görə” medalı (1970), “Sosializm yarışının qalibi” nişanı (1974) və başqa təltifləri var.