Arif Salmanov


Arif Salmanov Hənifə oğlu -( d.1942-ci ildə Bakı şəhəri) coğrafiya elmlər doktoru

Arif Salmanov
Arif Salmannov Hənifə oğlu
Doğum tarixi
Doğum yeri Bakı şəhəri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Hənifə Salmanov
Elmi dərəcəsi
Elmi adı coğrafiya elmlər doktoru
Təhsili Azərbaycan Dövlət Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

A.H.Salmanov 1942-ci ildə Bakı şəhərində doğulmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakultəsini bitirmişdir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

O, 1973-cü ildə «Azərbaycanın dəniz sahili zonasında kurort təsərüfatının coğrafi problemləri» mövzusunda namizədlik, 1991-ci ildə isə «SSRİ-nin arid zonaları əhalisinin istirahətinin ərazi təşkili» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1991-2000-ci illərdə Azərbaycan EA Coğrafiya institutunun «İqtisadi və sosial coğrafiya» şöbəsinin müdiri işləmişdir. İqtisadi Coğrasiya sahəsində «Rekreasiya Coğrafiyası», «Turizm Sənayesini ərazi təşkili», «Sosial infrastrukturun ərazi təşkili», «Arid rekreasiya sistemi» və «Urbarekresiya kompleksi» konsepsiyalarının müəllifidir. O, «Azərbaycanın dəniz sahili kurort zonasının coğrafiyası», «Cənubda istirahət», «Birləşmiş rekreasiya sistemlərinin yaradılmasının Coğrafi problemləri», «İnsan və mühit rekreasiya» və başqa elmi əsərlərin müəllifidir.[1]


Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. B.Budaqov Azərbaycan coğrafiyaçı alimləri "Elm" nəşriyyatı Bakı 2013 səh 70