Dolxanov Allahverdi


Dolxanov Allahverdi Babaş oğlu (d.25 dekabr 1950-ci ildə Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kəndi) coğrafiya üzrə fəlsəfə doktoru, dosent.

Dolxanov Allahverdi
Dolxanov Allahverdi Babaş oğlu
Doğum tarixi (72 yaş)
Doğum yeri Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Babaş Allahverdi
Elmi dərəcəsi Dosent
Elmi adı coğrafiya üzrə fəlsəfə doktoru
Təhsili Rostov vilayəti Novoçerkassk şəhərində Mühəndis Melioratorlar İnstitutu

Həyatı[redaktə | mənbəni redaktə et]

Dolxanov Allahverdi Babaş oğlu 25 dekabr 1950-ci ildə Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kəndində repressiya olunmuş ailədə anadan olub. 1967-ci ildə Novruzlu kənd orta məktəbini bitirib, həmin ildə Mingəçevir Politexnik Texnikumuna daxil olub və 1970-ci ildə bitirmişdir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1970-ci ilin aprelində Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin təyinatı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndi şəhərində Suvarma Sistemləri İdarəsində mühəndis işləyib.
  • 1975-ci ildə Rostov vilayətinin Nova-Çerkassk şəhərində Qırmızı Əmək Bayrağın ordenli Mühəndis-Meliorator İnstitutunun Meşə təsərrüfatı fakültəsinə daxil olur və 1981-ci ildə həmin institutu bitirirək meşə təssürfatı mühəndisi ixtisasını alır.
  • 1975-1977 –ci illərdə Dağlıq Qarabağ Muxtar vilayətinin Şuşa şəhərinin 72 saylı texniki peşə məktəbində və 2 saylı rus məktəbində müəllim işləmişdir.
  • 1977-1993-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Meşə təsərrüfatı və Aqromeşə Meliorasiya İnstitutunda elmi işçi, baş elmi işçi, laboratoriya müdiri, diroktor əvəzi, Elmi-Tədqiqat Meşə Təcrübə Stansiyasının direktoru, Dövlət Təbiət Mühafizə Komitəsinin meşələrin qorunması və mühafizəsi üzrə böyük mühəndis, rəis əvəzi və Azərbaycan Meşə İstehsalat Birliyində aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.
  • 1991-ci ildə Moskva şəhərində Qırmızı Əmək Bayrağı ordenli Ümumittifaq Meşə Təsərrüfatı və Meşə Mexanizasiyası Elmi Tədqiqat İnstitutunda namizədlik disertasiyasını müdafiə edərək Meşə əkinləri, Seleksiya, toxumçuluq və şəhərlərin yaşıllaşdırılması indeksi üzrə alimlik dərəcəsi almışıdr.
  • 1992-2005-ci illərdə Bakı Dövlət Universitetində əvvəlcə yasrım ştat müəllim, 2005-ci ildən isə Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasında dosent seçilmişdir. Hal-hazırda Bakı Dövlət Universitetinin EkologiyaTorpaqşünaslıq fakültəsinin coğrafi-ekologiya kafedrasının dosentidir.

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

  • 2008, Ətraf mühütin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq və onun əsas prinsipləri
  • 2008, Azərbaycan meşələrində əsas ağac və kol cinslərindən ibarət biomüxtəlifliyin ekocoğrafi təhlili
  • 2007, Azərbaycan meşələrinin hidroloji xüsusiyyətləri
  • 2007, akad.H.Əliyevin təbiətşünaslıqdakı ideyaları müasir dövrümüzdə daha da qiymətlidir
  • 2007, Meşələr şirin su mənbəyidir
  • 2007, Azərbaycan təbiəti və müasir dendralogiya elmi
  • 2007, Abşeronda ətraf mühitin yaxşılaşdırılması və mühafizə yolları
  • 2004, Azərbaycanın qoruyucu meşə zolaqlarının meliorasiya və aqroekologiya xüsusiyyətləri
  • 2004, Çoxillik sərv ağaclarının Fəxri xiyabana köçürülməsi layihəsi
  • 2004, Формирования полезашитных лесных полос разного состава и способов создания в условиях Азербайджана[1]

Kitablar[redaktə | mənbəni redaktə et]

2008, Təbiətdən istifadənin hüquqi əsasları

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Allahverdi Dolxanov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Allahverdi Dolxanov". 2020-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.