Arika (Çili)

Arika- Cənubi Amerikanın geniş daxili bölgəsi üçün önəmli bir limandır. Şəhər, Boliviya üçün sərbəst liman xidməti verir və o, ölkənin ticarətinin önəmli bir bölümünü idarə edir. Həmçinin, Oruroda başlayan Boliviya neft boru xəttinin son stansiyasıdır . Şəhərin strateji mövqeyi Pan-Amerikan avtomobil yolunun yanında olması, həm Perudakı Taknaya, həm də Boliviyadakı La Pasa dəmiryolu ilə bağlanması və beynəlxalq hava limanının xidmətə verilməsi ilə gücləndirilmişdir . Arika, demək olar ki, heç yağış yağmayan, son dərəcə quru bir iqlimə sahibdir. Buna baxmayaraq, yaxınlardakı soyuq okean cərəyanlarının təsiri ilə gələn dəniz küləkləri mülayim bir səhra iqlimi yaradır. Mülayim havası Arikanı Çilidə "əbədi baharın şəhəri" olaraq tanıdır. Çimərlikləri Boliviyanın kübar təbəqəsinin çox gəldiyi yerdir. Şəhər İspaniya müstəmləkəçiliyi dövründə önəmli bir liman idi. Çili 1880-ci ildə Sakıt okean döyüşü zamanı şəhəri Perudan aldı və 1929-cu ildə Peru tərəfindən Çili ərazisi olaraq tanındı. Çilililərin bir qismi Arikada yaşayır və ya öz köklərini Arikaya bağlayırlar.

Arika
Bayraq Gerb
Bayraq Gerb
18°28′42″ c. e. 70°19′16″ q. u.HGYO
Ölkə Çili
Region Arıca və Parinoka
Tarixi və coğrafiyası
Əsası qoyulub 1541
Sahəsi 4.799,4 km 2 (1.853,1 mil2)
Mərkəzin hündürlüyü 2 m (7 fit)
Saat qurşağı UTCUTC−04:00
Əhalisi
Əhalisi 222.619 nəfər
Sıxlığı 46/km 2 (120/sq mi)
Rəqəmsal identifikatorlar
Telefon kodu +56 58
Poçt indeksi 1000000
Digər
muniarica.cl
Xəritəni göstər/gizlə
Arika xəritədə
Arika
Arika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arxeolojik tapıntılar Arikada 10.000 il əvvəl müxtəlif yerli qrupların yaşadığını göstərir. Bu insanlar misirlilərdən 2000 il öncə ölülərini mumyalaya bilən ilk mədəniyyətə malikdirlər. Bu mumyalar yaxın bir tarixdə - 2004-cü ildə kəşf edilmiş və şəhərin səthinin 1 metrdən az altına qədər batmışdır. Müstəmləkə dövründə ispanlar 1541-ci ildə kapitan Lukas Martinez de Beqazonun idarəçiliyindəki torpaqlara yerləşdilər. 1570-ci ildə bu bölgə, "La Muy Ilustre y Real Ciudad San Marcos de Arica" ​​(Arikanın San Markosunun çox məşhur və kraliyyət şəhəri) olaraq görkəmli bir şəkildə yenidən adlandırıldı. 1545-ci ildə artıq, Arika, o zamanlar dünyanın ən böyük gümüş mədəninə sahib olan Potosidən gələn Boliviya gümüşünün böyük ixracat deposu idi. Beləliklə, Arika İspanya imperatorluğunun öndə gələn limanlarından biri olaraq çox önəmli rol oynamağa başladı. Bu nəzərəçarpan inkişaf Arikanı quldurların hədəfinə çevirdi. Francis Drake, Tomas Kavendis, Riçard Havkins, Joris van Spilbergen, John Vatlinq, Baltazar de Kordes, Bartholomev Sarp, Villiam Dampier və John Klipperton kimi quldurlar şəhərin yağmalanmasına qatıldı.

Peru dövrü (1821–1880)

1821-ci ildə İspaniya müstəmləkəsinin çökməsindən sonra, Arika az öncə müstəqillik qazanan Peru Respublikasının bir parçası oldu. 1823-cü ildə Peru Konstitusiyası onu Arekipa departmanının bir əyaləti elan edir. 1855-ci ildə Peru, Latın Amerikasında ilk dəfə Arika - Takna dəmiryolunu (53 km uzunluğunda) istifadəyə verdi. Dəmiryolu xətti bu gün hələ də işləyir. 1868-cı il 13 avqust zəlzələsi şəhəri xaraba etdi. Təxmini gücü 8,0 - 9,0 bal olan zəlzələ nəticəsində Arikanın əhalisinin ölü sayısının 300 olduğu təxmin edilir. Bu zəlzələ Sakit okean boyunca Havay, YaponiyaYeni Zellandiyada sunamiyə səbəb oldu. Arika Naska litosfer tavasının Cənubi Amerika litosfer tavasının altına girdiyi Peru novu olaraq bilinən subduksiya bölgəsinə çox yaxın olduğundan, şəhərdə güclü zəlzələlər olur.

Sakit okean müharibəsinin ardından Çili qüvvələri bölgəni işğal etdi . 1883-cü ildə bağlanan Ankon müqaviləsi bölgəni rəsmən Çilinin nəzarətinə verdi. 1929-cu il Takna-Arika uzlaşması daha sonra Taknayı Peruya geri qaytardı, ancaq Arika Çilinin bir parçası olaraq qaldı.

Müasir Arika (1929-bu gün)

1958-ci ildə Çili hökuməti avtomobil istehsal zavodları və bir çox sənaye müəssisələrinin qurulması üçün vergi təşviqi elan edən "Junta de Adelanto de Arica"yı (Arika Qalxınma Qurumu) qurdu. Sitroen, Peugeot, Volvo, FordGeneral Motors kimi bir çox avtomobil istehsalçısı Arikada 2008-ci ilə qədər Chevrolet LUV yük avtomobili istehsal edən zavodlar açdı.1975-ci ildə Çilinin yeni açıq iqtisadi siyasəti nəticəsində "Junta de Adelanto de Arica" ​​aradan qaldırıldı, 23 mart 2007-ci ildə Arika şəhərində prezident Mişel Başelet tərəfindən elan edilən 20.175 saylı qanunla 8 oktyabr 2007-ci ildə Arika və Parinoka əyaləti yaradıldı.[1]

Milli Statistika İnstitutu tərəfindən edilən 2017-ci il əhali siyahıya alınmasına görə Arika 4.799,4 kv.km-lik (1.853 sq. mi) bir ərazini əhatə edir ve 222.619 əhalisi (110.115 kişi və 112.504 qadın) vardır. Əhalinin sayı 2002-ci illə müqayisədə 2017-ci ildə 20% (37.351) artdı. Arika bölgənin toplam əhalisinin 97,7%-ni təşkil edir.

Arika bölgənin iqtisadi mərkəzidir. Ticarət və yük daşınması, o cümlədən Boliviyanın dənizdən girişi üçün önəmli rol oynayır.

Köppen İqlim Sinifləndirmə sisteminə görə Arika iqlim xəritələrində "BWh" olaraq qısaldılan isti səhra iqliminə sahibdir. Quru iqlimə sahib digər şəhərlərə nisbətən, Arika il boyunca nadirən çox isti günlər görür. Arika yağıntının miqdarına görə dünyada ən quraq yer olaraq da bilinir.

Bir kommuna olan Arika Çilinin bələdiyyə məclisi tərəfindən idarə olunan və hər dörd ildən bir seçilən alkalde tərəfindən idarə edilən bir bölgədir.

Arika 1962-ci ildə FİFA Dünya Kubokuna ev sahibliyi edən dört şəhərdən biri olub.

Arika-La Pas dəmiryolundakı sərnişin qatarı xidmətləri 1996-cı ildə dayandırıldı. Ancaq 2017-ci ildən etibarən turistlərin cəlb olunması və yük daşınması məqsədi ilə xidmətlərin yenidən başladılması üçün təkliflər yarandı.

2011-ci ildə Çili Arika limanını özəlləşdirmə planını açıqladı. Arika əsas dəniz limanı olduğu üçün Boliviya buna qarşı çıxdı. Chacalluta Beynəlxalq Hava Limanı Arikanın əsas hava limanıdır və şəhərin 18,5 km şimalında yer alır. LATAM Chile , Amazonas , JetSmart və Sky Airline və bir çox Çili hava limanına ticari xidmət edir.

  1. http://www.municipalidaddearica.cl/ Arxivləşdirilib 2010-09-21 at the Wayback Machine Arika bələdiyyəsi