Arin Təbiət Parkı

Əl-Arin Təbiət Parkı (ərəb. محمية العرين‎) — Bəhreyndə, Sahir səhrasında yerləşən zoopark və təbiət qoruğu. Park ölkənin beş qorunan ərazisindən biridir. Ancaq yalnızca quruda yerləşən yeganə qoruqdur[1].

Əl-Arin Təbiət Parkı
ərəb. محمية العرين
Sahəsi 7 km²
Yaradılma tarixi 1976
Ziyarətçi sayı 199 235
Yerləşməsi
26°00′56″ şm. e. 50°29′44″ ş. u.HGYO
Ölkə  Bəhreyn
Yerləşməsi Sahir səhrası
alareen.org
Əl-Arin Təbiət Parkı xəritədə
Əl-Arin Təbiət Parkı
Əl-Arin Təbiət Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1976-cı ildə qurulan parkın ümumi sahəsi 7 km²-dir[2]. Bunun içərisində Bəhreyn və bütün Ərəbistan yarımadası üçün xarakterik olan bitkilər böyüyür və heyvanlar yaşayır. Bundan əlavə zooparkda AfrikaCənubi Asiyadan gətirilən bitki və heyvanlar təmsil olunur.

Hər il orta hesabla parka 140 min nəfər gəlir. 2013-cü ildə park 199 235 ziyarətçinı qəbul etmişdir[3][4].

1999-cu ildə park Qətər Daxili İşlər və İnformasiya Nazirliyinə birləşdirildi[5].

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]

Parkda 4 əsas ekspozisiya var: Su quşları parkı;

Vəhşi quş parkı;

Vəhşi həyat kompleksi;

Səhra bitkiləri bağı. Parkda 45-dən çox növ heyvan, 82 növ quş və 25 növ bitki vardır[6]. Digər növlər arasında, parkda təbiətdə yoxa çıxmış Ərəb köpgəröküzü ilə yanaşı ceyran, Antidorcas marsupialis, qazel tazısı, impalalar, xallı maral, Çapman zebraları və səhra dovşanlarını görə bilərsiniz[7]. Parkda Saxara köpgəröküzü, Addaks (vəhşi təbiətdə nadir hallarda görünür), saxara ceyranı, zürafələr, Nubiya dağ keçisi, Bezoar keçisi, yallı qoyun və Qulan kimi növlərə də rast gəlinir. Parkda Nəsli kəsilməkdə olan növlərin yetişdirilməsi üçün də bir bölmə fəaliyyət göstərir.

700 hektar ərazini əhatə edən Əl-Arin iki hissəyə bölünür: bir hissə (300 ha) turistlərin ziyarət etməsi üçün, ikinci (400 ha) isə mühafizə olunan ərazidə yerləşir. Flora və fauna üçün iki su anbarı ilə təchiz olunmuşdur[4][8] . Kompleksdə həmçinin baytarlıq klinikası və şahinlər üçün bir klinika da var. Bundan əlavə park işçiləri vaxtaşırı məhv olmaq təhlükəsi altında olan vəhşi quş və heyvan növlərinin qanunsuz satışını aşkar etmək üçün yerli bazarları yoxlayır.

Park Bəhreyndə turizm fəaliyyətinin bir hissəsidir. Heyvanların ziyarətçiləri üçün xüsusi turistik avtobuslar verilir. 3 yaşdan 12 yaşa qədər uşaqlar üçün biletlər yarı qiymətə verilir, 3 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur. Mütəxəssislər, elm adamları, baytar həkimləri və təhlükəsizlik xidmətçiləri istisna olmaqla, ziyarətçilərin rezervə girişi məhduddur[9]. Parkın özü Manamadan 40 dəqiqəlik bir məsafədədir.

  1. "Towards a Bahrain National Report to the convention on Biological Diversity" (PDF). International Mountains Consultancy. 2013-01-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 June 2012.
  2. (Date of establishment mentioned). "ABD750,000 for Al Areen renovation". 17 May 2007. 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2012.
  3. "12/01/14". 20 February 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 February 2015.
  4. 1 2 "Facelift for Al Areen". 16 July 2011. 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2012.
  5. Joseph Casas, Mahmoud Solh and Hala Hafez. The National Agricultural Research Systems in the West Asia and North Africa Region. ICARDA. 1999. səh. 219. ISBN 978-92-9127-096-5. 2016-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.
  6. The Report: Bahrain 2011. Oxford Business Group. 2011. 10. ISBN 1907065393. 2016-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.
  7. "Al Areen Wildlife Park". Bahrain WaterPark. 2014-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2012.
  8. Kannan, A. Global Environmental Governance and Desertification: A Study of Gulf Cooperation Council Countries. Concept. 2011. 272. ISBN 8180698483. 2016-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.
  9. "About Al Areen - History". 2016-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.