Aristonik (yun. Άριστόνικος; e. ə. II əsr – e.ə. 129, Roma) — Perqamda Roma hakimiyyətinə qarşı üsyanın başçısı. II Evmenin oğlu.
Aristonik | |
---|---|
Doğum tarixi | e. ə. II əsr |
Vəfat tarixi | e.ə. 129 |
Vəfat yeri | |
Fəaliyyəti | suveren[d] |
III Attal Perqamı romalılara vəsiyyət etdik dən sonra e.ə. 133–129 illərdə Roma əleyhinə üsyan baş verdi. Üsyana Perqam şəhəri əhalisinin bir hissəsi, Kiçik Asiyanın yunan şəhərləri, Misiyanın dağ əhalisi, frakiyalılar, muzdlu əsgər və qullar qoşulmuşdular. Üsyançılar bütün insanların bərabər olacağı Günəş dövləti yaratmaq istəyirdilər. 131-ci ildə Levki şəhəri yaxınlığında Roma legionları məğlub olsalar da, üsyan yatırldı və e.ə. 129-cu ildə Stratonikeya ətrafında gedən döyüşdə Aristonik əsir düşərək Romaya aparıldı və edam edildi.[1]