Arktik və Antarktik landşaftın torpaqları — Avrasiya materikində Şpitsbergen, Frans-İosif Torpağı, Yeni Torpaq, Novosibirsk adalarında, Taymır yarımadasında, Şimali Amerikada Qrenlandiyanın şimal sahillərində, Şimali Amerikanın şimal arxipelaq adalarında, Antarktida materikinin vahələrində rast gəlinən torpaq tipi[1].
İqlim şəraiti çox soyuq olub, orta illik temperatur −10°C-dən −14°C-i arasında dəyişir. Yayda orta sutkalıq temperatur +5°C-ni aşmır. Şaxtasız günlər 12–14 gündən çox davam etmir. Arktik zonanın qərb hissəsinin şərqinə nisbətən qışı yumşaqdır. Yağıntıların illik miqdarı Arktikada 130–200 mm arası dəyişir. Antraktidanın vahələrində də az yağıntı düşür. Məsələn, Benqerada ildə 62 mm qar şəklində yağıntı yayda düşür. Antraktida sahil hissələrindəki vahələrində yağıntının miqdarı 300 mm-ə qədər artır. Nisbi rütubətliyin yüksək olması xarakterikdir (90%). Torpaq-qrunt ilin çox vaxtı donmuş vəziyyətdə olur, yalnız 2–2,5 ay ərzində (Arktikada) 30–80 sm hissə donuşluqdan azad olur.
Torpaq profilinin qalınlığı orta hesabla 40 sm təşkil edir. Bu torpaqlarda profil boyu differensasiya zəif gedir. Arktika səhra torpaqlarının profilində A0 qatı formalaşmır. Aca-Bca-C genetik qatlarə seçilir. Aca-karbonatlı humus qatı olub, qalınlığı 12–15 sm təşkil edir. Bozumtul-qəhvəyi rəngə çalır və yüngül mexaniki tərkibə malikdir. Bca-illüvial-karbonatlı qatdır. Açıq qəhvəyi rəngdədir. Qum, çınqıl və daşlar profil boyu çoxalır və bunlar karbonatlıdırlar. Arktik səhra torpaqlarında lil fraksiyası 6%-dən çox deyildir. Toz fraksiyası isə 10% təşkil edir. Bu torpaqlarda humusun miqdarı 3–5%-dən çox deyildir. Nəmlik az olduğuna görə qleyləşmə getməmişdir. Profildə asn həll duzlardan sulfatlar, natrium xlorid üstünlüyə malikdi[2]r. Torpaqda duzların miqdarı 1%-dir. Üzvi madələrin tərkibi fulvoturşaların üstünlüyü ilə seçilir. Bu nisbət Ch:Cf=0,4–0,5. torpağın uducu kompleksi əsaslarla doymuşdur.