Frans-İosif Torpağı

Frans-İosif TorpağıŞimal Buzlu okean sularında Avropa qitəsinin şimalında yerləşən arxipelaq. Rusiyanın arktikada yerləşən ərazisi. İnzibati cəhətdən Arxangelsk vilayəti Primorski rayonu ərazisinə daxildir. Arxipelaq 192 adadan ibarətdir. Ümumi sahəsi 16,134 km² təşkil edir.

Frans-İosif Torpağı
rus. Земля Франца-Иосифа
Ümumi məlumatlar
Adaların sayı 192
Ən böyük adası Qeorq Torpağı
Ümumi sahəsi 16134 km²
Hündür nöqtəsi 620 m
Əhalisi 0 nəfər
Yerləşməsi
80°40′00″ şm. e. 54°50′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Akvatoriya
Frans-İosif Torpağı xəritədə
Frans-İosif Torpağı
Frans-İosif Torpağı
Frans-İosif Torpağı xəritədə
Frans-İosif Torpağı
Frans-İosif Torpağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Peykdən çəkiliş

Pyotr Alekseeviç Korotkin 1871-ci ildə Rusiya Coğrafiya Cəmiyyətinə arxipelaqın tədqiqatı məqsədi ilə öz təklifini vermişdir, Ancaq hökumət onun təklifini maliyyə çatışmazlığı səbəbindən qəbul etmir. Frans-İosif Torpağı Avstriya-Macarıstan ekspedisiyası rəhbəri Karl VeyprextYulis Pyer tərəfindən "Admiral Tegetthoff" şxunu (alm. Admiral Tegetthoff‎)[1] ilə aşkarlanır. Onlar 1872-ci ildə Şimal dəniz yolunun açılışı məqsədi ilə yola çıxırlar ancaq Şimal Torpağının şimal qərbində buzların qalınlaşması səbəbindən irəliləyə bilmirlər. Buradan onlar qərbə istiqamətlənirlər. 30 avqust 1873 ildə xəritələrdə əksini tapmayan torpağı aşkarlayırlar. Bu zaman adalar Karl Veyprext və Yulis Pyer tərəfindən araşdırılır. Pyer hətta 1874-cü ilin aprelində 82°5' ş.e qədər irəliləyə bilir. O, bu arxipelaqın geniş ərazilərini araşdırır və onları xəritəyə salır. Onlar yeni aşkarlanmış ərazini Avstriya-Macarıstan imperatoru I Frans İosifin şərəfinə adlandırırlar.

Araşdırılması

[redaktə | mənbəni redaktə et]
Sahildə yerləşən ada.
Qallya adasındakı Teqethoff burnu

Veyprext və Pyer 1873 ildə onlar axipelaqın cənubunu tətqiq edirlər. 1874-cü ilin yazında isə cənubdan şimal istiqamətində əraziti tam tətqiq edirlər. Onlar adaların ilk xəritəsini tərtuq edirlər. 1881–1882 illərdə arxipelaqı şotlandiyalı Benjamin Li Smit "Eyra" yaxtasında ziyarət etmişdir. Cekson Federik 1895–97 illərdə arxipelaqın cənub, mərkəz və cənub-qərb hissəsini tətqiq edir. Burada çoxlu sayda adalar aşkarlanır. Bu ərəfədə şimal-şərq və orta hissələri Nansen və Yoxansen 1895-ci ildə Cekson adasında qışlamalı olur. O, arxipelaqın şimalına irəliləyərək burada yerləşən kiçik adalardan bimalda artıq torpağın olmamasına tam əmin olur. 1896-cı ilin iyun ayında Ceksonun Nortbruk adasında yerləşən qişlama yerini aşkarlayır. 1898-ci ildə amerikalı jurnalist Volter Uellman qış, ayları Frans-İosif Torpağına gəlir. Hədəf qütbə çatmaq olur. O, Qallya adasında yerləşir. Vilçek adasında isə amerikan-norveç ekspedisiyasının iki əməkdaşı qışı keçirir. Bu zaman ekspedisiya üzvlərindən olan Bernt Bentsen qışlama dövrü vəfat edir. 1899-cu ilin yazında onlar ancaq 82° ş.e qədər hərəkət edirlər. Uzağa getmək mümkünsüz olur. Bolduin isə arxipelaqın cənub-şərq hissəsini araşdırır və şərqə doğru torpağın olmamasını müəyyən edir. Kani ir müddət sonra 86°33' ş.e qədər gələ bilmişdi. O, Rudolf adasından şimala irəliləyir və Kral oskar adasından sonra torpağın olmamasına şahid olur.

1901-ci ildə arxipelaqın cənub, cənub-qərb sahillərində vise admiral Stepan Makarov olmuşdur. 1901–1902 illərdə Bolduin-Siqler və 1903–1905 illərdə isə Sinqler-Fial ekspedisiyaları təşkil edilir. Ekspedisiyabın hədəfi qütbə çatmaq olmuşdur.

1913–1914 illərdə Qukera adasında Qeorqiy Yakovleviç Sedovun ekspedisiyası qışlamışdır. O, Rudolf adasında vəfat etmişdir.

Rusiya ərazisi elan edilməsi

[redaktə | mənbəni redaktə et]

1914-cü ildə arxipelaqı İsak İbrahimoviç İslyamovun ekspedisiyası ziyarət edir. O, adada rus bayrağını sancır və oranı Rusiyanın ərazisi elan edir. 1929 Qukera adası Tixoy buxtasına ilk Sovet elmi-ekspedisiyası təşkil edilir. Bundan sonra hər il bu tip ekspedisiyalar təşkil edilirdi. 1931-ci ildə Tixoy burnunda alman "Qraf Seppelin" dirijablı və sovet "Malıqin buzqıran gəmisi" poçt mübadiləsi aparmışlar.

Xəritənin fraqmenti

2008-ci ildə "Yamal" buzqıran gəmisində edilən eksedisiya zamanı Nortbruk adasından ayrılaraq müstəqil adaya çevrilən yeni ada aşkarlanır. Yeni coğrafi obyekt "Yuri Kuçiyev adası" adlandırılmışdır. Ada arktikada gəmi kapitanı olan Yuri Kuçiyevin şərəfinə adlandırılıb[2].

10 sentyabr 2012 ildə Rusiyanın Artik və Antartik ekspedisiyası Rusiya atom sualtı qayığında Nortbruk adasından ayrılan yeni adanı aşkarlamışlar[3].

Frans-İosif Torpağı dünyanın şimal qütbünə ən yaxın ərazilərindən biri hesab edilir. Arxipelaqın tərkibinə 192 ada daxildir[3]. Ümumi sahəsi 16134 km² təşkil edir. Üç hissəyə bölünür: şərq hissə birbirindən Avstriya boğazı ilə ayrılır, iri adalar Vilçek Torpağı (2,0 min. km²), Qrehem-Bell (1,7 min. km²); mərkəzi hissə isə Avstriya boğazı ilə Britaniya kanalı arasında yerləşən və Qeorq Torpağı (2,9 min. km²) kimi adanında daxil olduğu ərazilər.

Səthləri platoya bənzərdir. Orta hündürlük 400–490 m (arxipelaqın ən hündür nöqtəsi 620 m) təşkil edir.

Rudolf adasında yerləşən Fliqeli burnu Rusiyanın ən ucqar nöqtəsi hesab edilir[4]. Meri-Harmsuort burnu arxipelaqın qərb, Lamon adası cənub, Olni burnu şərq ucqar nöqtələridir. Ö

Adaların böyük qismi qumlardan ibarətdir. Bazalt təbəqəso səthdə yerləşir. Flora burnu yaxınlığında qonur kömür aşkarlanmışdır. Adaların əsas faydalı qazıntıları daş kömür, fosforit, titan və digər nadir metallar vardır[5]

Arxipelaqda daimi əhali yaşamır. Burada inzibati mərkəz xüsusiyyəti daşıyan məntəqə yoxdur. Burada insanlar əsasən elmi tədqiqat işləri aparaq alimlər, meteorologiya stansiyası əməkdaşları və Rusiya Federasiyasının sərhəd məntəqəsində xidmət edən əsgərlərdən ibarətdir. Xeysa adasında 2005-ci ildə dünyanın şimal qütbünə ən yaxın ərazidə poçt məntəqəsi açılmışdır. 10–11 saat, ikinci, üçüncü, dördüncü və beşinci günlər fəaliyyət göstərməlidir[6][7] Aleksandra TorpağıRudolf adasında qütb stansiyası fəaliyyət göstərir. Heys adasıda 1957-ci ildən geofiziki abservatoriya fəaliyyət göstərir.

Adaların böyük hissəsi buzla örtülüdür. Burada buzlaq məşhəlli göllər vardır. Onlar ilik böyük hissəsi buzlarla örtülü olur.

Adalarda çoxlu sayda göllər vardır. Onların bir qisminin belə adı yoxdur. Ən iri gölləsi: Kosmiçeskoe, Lednoye, Melkoye, Severnoye, UtinoyeŞirşov.

Buzlaqlar adaların 87 % ərazilərini əhatə edirlər. Buzlaqlar dəbizə doğru irəliləyirlər. Onların qalınlığı 100–500 m arasında dəyişir. Buzlaqlar 300 il ərzində yox olma ehtimalı vardır.

İqlimi arktikdir. Havanın orta illik temperaturu −12 °S (Rudolf adası); iyul ayının orta temperaturu −1,2 °S Sakit buxtasında (Quker adası), +1,6 °S Heys adası (burada dünyanın ən şimalda yerləşən meteoroloji stansiya olan Krenkeya adına stansiya fəaliyyət göstərir), yanvar ayında isə −24 °S (ən aşağı temperatur −52 °S) təşkil edir. Küləyin güçü 40 m/s, illik yağıntının miqdarı 200–300 mm-dən 500–550 mm qədər olur.

Enliyə görə göstəricilər. 78° 80° 82° 1872–73 1881–82 1895–96 illər Sentyabr —9,4° — — 6,7° Oktyabr —16,9° —12,8° —18,3° Noyabr —25,0° —18,5° —25,0° Dekabr —30,5° —15,1° —25,0° Yanvar —22,6° —32,1° —25,6° Fevral —34,9° —32,6° —23,3° Mart —32,0° —18,6° —12,2° Aprel —22,1° —18,5° —28,9° May —9,2° —5,6° —4,5° İyun —0,7° — —1,1° iyul 1,5° — 0,0° avqust 0,3° — —1,7° Orta illik —16,8° — —14,4° --->

Flora və Fauna

[redaktə | mənbəni redaktə et]

Bitkilər aləmi əsasən MamırŞibyələrdən ibarətdir. Burada həmçinin Qütb söyüdü, Daşdələn, Yastıqotu, Qütb laləsi kimi bitkilərə rast gəlinir. Məməlilərdən quruda Ağ ayıQütb tülküsüə rast gəlinir. Sularında halqaşəkilli suiti, adi saqqallı suiti, Pagophilus, morj, narvalağ balina. Üstəlik 26 növ quşa rast gəlinir təmizçilər, qütb qağayısı, ağ qağayı və d. Yayda isə quşlar koloniyalar əmələ gətirir.

İnkişaf perespektivliyi

[redaktə | mənbəni redaktə et]
  • 12 oktyabr 2004 ildə Aleksandr Torpağında xaritə lovhəsi qoyulmuşdur. Burada Rusiyanın Artikanın XXI əsrdə tətqiqi bazası yaradılması planlaşdırılır.
  • 12 sentyabr 2008-ci ildə Aleksandr adasında Rusiyanın Təhlükəsizlik Soveti toplanmışdır.
  1. Exploring Polar Frontiers: A Historical Encyclopedia — A To L and M To Z. William James Mills. 2 vol. Santa Barbara, CA: ABC CLIO, 2003. ISBN 1-57607-422-6, стр. 507
  2. "Kapitan Kuçievin adası". 2011-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
  3. 1 2 "Экспедиция ААНИИ зафиксировала новый остров архипелага Земля Франца-Иосифа". 2012-09-11. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 сентября 2012.
  4. "Topoqrafik xəritə". 2018-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
  5. Крюков В. Д., Зацепин Е. Н., Сергеев М. Б. Исторический очерк Полярной морской геологоразведочной экспедиции. "Разведка и охрана недр" № 8 2012 г.
  6. "Самое северное отделение Почты России". 2012-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
  7. "Rusiya poçtu". 2013-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
  • Саватюгин Л.М., Дорожкина М.В. Архипелаг Земля Франца-Иосифа: история, имена и названия. — СПб.: ААНИИ, 2012. — 484 с. — ISBN 978-5-98364-054-2