Arktika İnvestisiya Protokolu (AİP) — Arktika regionunda investisiya fəaliyyəti həyata keçirən şirkətlər və korporasiyalar üçün tövsiyələr və standartlar toplusu. Protokol ESG meyarlarına və BMT-nin məsuliyyətli investisiya prinsiplərinə əsaslanır və Arktikada davamlı iqtisadi inkişafı stimullaşdırmaq üçün yaradılıb. Onun yaradılmasında yerli xalqların, dövlət və özəl sektorların, elmi ictimaiyyətin nümayəndələri iştirak edirdi. AİP hüquqi cəhətdən məcburi deyil və “yumşaq hüquq” nümunəsidir.
Arktika İnvestisiya Protokolu[1] 2015-ci ildə nəşr edilmişdir. O, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Arktikada Qlobal Gündəlik Şurası tərəfindən hazırlanıb. Dünya İqtisadi Forumu daha sonra 2017-ci ildə protokolu Arktika İqtisadi Şurasına (AEC) ötürdü.[2] AİP Arktika ərazilərinin məsuliyyətli iqtisadi inkişafı üçün beynəlxalq alətə çevrilmişdir.[3] 2016-cı ildə protokolu ilk imzalayanlardan biri investisiya şirkəti Guggenheim Partners idi[4]. 2021-ci ildə Arktika İqtisadi Şurası və Arktika Parlamentarilərinin Konfransı Arktika İnvestisiya Protokolunu təşviq etmək üçün anlaşma memorandumu imzaladı.[5]
Protokol Arktika regionunda layihə ilə bağlı investisiya qərarının verilməsi üçün əsas olan altı prinsipi[6] ehtiva edir: