Arsenopirit

Arsenopirit — mineral. Arsenopiritə eyni zamanda arsen kolçedanı da deyilir.

Arsenopirit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
FeAsS
Strunz təsnifatı II/C.09[1]
Xüsusiyyətləri
Zolaq rəngi qara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qatışıqları — Co, Cu, Au. Rəngi gümüşü-ağ, poladı-boz, qara arsında dəyişir. Cizgisi bozumtul-qaradır. Monoklinik sinqoniyada kristallaşır. Qısa prizmatik iynəşəkilli qrup formaları təşkil edir. Kristalları L2 üzrə cizgiləşmişdir. İkiləşmə {100} və {001} üzrə, bitişmə və daxil olma ikiləşmə {101} üzrə, xaçvari və ulduzvari üçlüklər isə {012} üzrədir. Ayrılma {101} üzrə mükəmməldir. Aqreqat: dənəvəri, çubuqvaridir. Parıltı metallik. Sərtliyi 5,5–6. Xüsusi çəki 5,9–6,3. Özünəbənzər minerallardan qalayı-boz rəngi, yüksək sərtliyi və çəkiclə əzərkən özünəməxsus qoxu verməsi ilə fərqlənir.

Əmələ gəlməsi

[redaktə | mənbəni redaktə et]

Hidrotermal, paragenezislərini volfram, qalay, qurğuşun, sink, kvars, çöl şpatatları, karbonatlar, bəzən turmalin təşkil edir.

İşlədilməsi

[redaktə | mənbəni redaktə et]

Kimya sənayesində arsen almaq üçün. kənd təsərüfatında zərərvericilərə qarşı, gön-dəri sənayesində də istifadə olunur.

Rusiyada Uralda damarşəkillii qızıl yataqlarında, Orta Asiyada əhəngdaşları içərisində mövcuddur. Ən böyük yatağı İsveçdə Boliden yatağıdır. Burada arsenopirit qızılla birlikdə çıxarılır.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]