Artırılmış yaddaş spesifikasiyası – Lotus, Intel, Microsoft və AST Research şirkətləri tərəfindən hazırlanmış spesifikasiya; real rejimdə işləyən tətbiqi proqramlara artırılmış yaddaşdan istifadə etməyə imkan verən proqram interfeysinin təsviri. Bu artırılmış yaddaşın idarə olunması Microsoft şirkətinin HIMEM.SYS faylı şəklində təqdim etdiyi xüsusi quraşdırılan qurğu drayveri vasitəsilə həyata keçirilir. Tətbiqi proqram artırılmış yaddaşla işləmək istəyirsə, bu drayverdən istifadə etməlidir; özlüyündə təkcə drayverin varlığı hələ bu yaddaşı erişilən etmir.