Fukui Şəhər İncəsənət Muzeyi (福井市美術館, Fukui-şi Bicutsukan?) və ya Art Labo Fukui – Yaponiyanın Fukui şəhərində yerləşən incəsənət muzeyi.
Fukui Şəhər İncəsənət Muzeyi | |
---|---|
Əsası qoyulub | 1997 |
Ölkə | |
Yerləşir | Fukui |
36°02′19″ şm. e. 136°13′59″ ş. u.HGYO | |
art.museum.city.fukui.fukui.jp |
Muzey binası 1993–1996-cı illərdə tikilmiş[1] və Kişo Kurokava tərəfindən dizayn edilmişdir.[2] Muzey 1997-ci ildə açılmışdır.[3]
Muzey bir yeraltı mərtəbədə, üç yerüstü mərtəbə və bir penthauz mərtəbəsindən ibarətdir. Burada uşaq və vətəndaş atelyelələri, auditoriya, kafe, daimi və xüsusi sərgi zalları, giriş zalı yerləşir.[2] Muzey binasının sahəsi 3147,75 m², muzeyin ümumi döşəmə sahəsi 5262,84 m² təşkil edir.[1] Muzey ictimai parkda yerləşir.[2]
Muzey sərgisinin əsasını fukuili heykəltaraş Hiroatsu Takatanın işləri təşkil edir. Muzey "Simbioz konsepsiyası" mövzusu üzrə yaradıldığı üçün binanın eksteryeri şüşədən tikilmişdir.[2] Bu, həm də sənətçilərin əsərlərinin çöldən də görünməsi üçün nəzərdə tutulmuşdur.[1] Muzey binası şüşədən hazırlandığından yayda günəşin binanı qızdırmaması üçün 13° bucaq altında tikilmişdir. Muzey yaşıllıq və gölməçə ilə əhatə olunmuşdur.[2]