Hüquq-mühafizə qüvvələri və ya asayiş keşikçiləri qanunu pozanları müəyyən etmək, qarşısını almaq, islah etmək və ya cəzalandırmaq yolu ilə qanunun icrasını təmin etmək üçün nəzərdə tutulmuş olan mütəşəkkil şəkildə fəaliyyət göstərən dövlət orqanlarının fəaliyyətidir.[1] Bu terminə polislər, məhkəmələr və islah işləri daxildir.
Müasir dövlət hüquq qaydaları, ənənəvi və ya and içmiş olaraq və yaxud da, döş nişanı alaraq bu vəzifəyə təyin edilmiş olan və cinayət qanununu pozduğuna görə təqsirləndirilən şəxsi həbs edə bilən istənilən şəxsi, habelə qanunverici dövlət tərəfindən polis gücünə və ya səlahiyyətinə malik olan istənilən şəxsi hüquq-mühafizə orqanlarının çətiri altında birləşdirir.
Hüquq-mühafizə qüvvələri ən çox cinayətlərin qarşısının alınması və cəzalandırılması ilə məşğul olsalar da, cinayət xarakterli olmayan qayda və normaların pozuntularının qarşısını almaq məqsədilə azadlığın məhdudlaşdırılması, ev həbsi kimi daha yüngül sanksiyalar da tətbiq edə bilirlər.
Ən tanınmış asayiş keşikçiləri polislər olsalar da, hüquq-mühafizə orqanlarında bu iş üçün təyin edilmiş olan fərqli və müxtəlif qruplar da mövcuddur.[2]
Hüquq-mühafizə orqanları adətən konkret yurisdiksiya daxilində fəaliyyət göstərirlər. Bəzi hallarda yurisdiksiya təşkilatlarının səlahiyyətləri toqquşa bilir; məsələn, ABŞ-də hər bir ştatın özünün əyalət hüquq-mühafizə orqanları vardır, lakin Federal Təhqiqatlar Bürosu da istənilən ştatda baş verən müəyyən cinayət proseslərinə qarşı tədbirlər görə bilər. Cəmiyyətin müxtəlif ixtisaslaşdırılmış təbəqələrinin özlərinin daxili hüquq-mühafizə mexanizmləri mövcud ola bilər. Məsələn, hərbi təşkilatlarda hərbi polis buna nümunə kimi göstərilə bilər.