Artur Rembo

Jan Nikolas Artür Rembo (fr. Arthur Rimbaud; 20 oktyabr 1854, Şarlevil Mezyer, Fransa10 noyabr 1891, Marsel, Fransa) — fransız şair, simvolizmin ədəbiyyatda ən böyük təmsilçilərindən biri.

Artür Rembo
fr. Arthur Rimbaud
Etyen Karjanın çəkdiyi foto
Etyen Karjanın çəkdiyi foto
Doğum adı Jan Nikolya Artür Rembo
Doğum tarixi
Doğum yeri Şarlevil Mezyer, Fransa
Vəfat tarixi (37 yaşında)
Vəfat yeri Marsel, Fransa
Vəfat səbəbi sümük xərçəngi[d]
Milliyyəti fransız
Fəaliyyəti şair, tədqiqatçı-səyyah[d], hərbi qulluqçu
Fəaliyyət illəri 1869-1873
Əsərlərinin dili fransızca
latınca
İstiqamət simvolizm
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Artür Rembo 20 oktyabr 1854-cü ildə Fransanın şimalındakı Ardennes bölgəsində yerləşən Şarlevil Mezyer qəsəbəsində, Burbon küçəsi 73 ünvanında doğulmuşdur. Atası Frederik dənizçi olmuşdur və anası Vitali ilə gənc yaşda ayrılmışdır. Vitali Roşe yaxınlığında yaşayan ferma sahibi varlı bir ailənin qızı idi. İlk doğulan uşağa atasının adı Frederik verilmişdir. İkinci uşaq olan Artür, anası ilə eyni adı daşıyan Vitali və 4-cü uşaq Rembonun həyatında vacib rol oynayan İzabeldir.

Artür Rembo cəmi 37 il yaşayıb. Qısa həyatının çox hissəsini, kasıb, ac, küçələrdə soyuqdan üşüyən avara kimi keçirib. Rembo Fransadan piyada və tamamilə pulsuz İtaliyaya, Almaniyaya, Belçikaya səyahət edib, qarlı Alp dağlarını piyada aşıb.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

16 yaşı olanda Rembo şeirlərini romantik şair Teodor de Banvilə göndərir. O ilahi gözəlliyin axtarışı üçün şairlər səltənəti olan Parnasa (Parnas – qədim yunanların inancına görə şeir və şairlər aləminin mövcud olduğu dağ) qoşulmaq istəyini bildirir.

Rembo Afrikada

Yazıçının sağlığında çap olunan əsərləri:

  • Sərxoş gəmi / Le bateau ivre (1871)
  • Cəhənnəmdə bir yay / Une Saison en Enfer (1873)
  • Aydınlatma / Les illuminations (1874)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]