Şarlevil Mezyer (fr. Charleville-Mézières) — Şimali Fransanın kommunalarından biridir. Ardennes departamentinin paytaxtıdır. Maas çayının sahilində yerləşir.
Şarlevil Mezyer Fransız kommunası Şarlevil və Mezyer adlı iki qonşu kommunanın birləşməsi nəticəsində 1966-cı ildə yaradılmışdır. Daha bir kommuna olan Theux da 1965-ci ildə Mezyerə birləşmişdir. Buranın 51.000 əhalisi var. Şarlevil sakinləri "Karolopolitanlar", Meyzer sakinləri isə "Karolomacerianlar" adlanırdı.
1961-ci ildən bəri hər 3 ildən bir Marionet Festivalı keçirilir. 2001-ci ildən sonra isə hər 2 ildən bir keçirilir.
Şair Artur Rembo (1854–1891) burada doğulmuşdur. Rembo Muzeyi şəhərin şimalında yerləşir.
Şəhərin "Şarlevil" futbol klubu var.