Artyom Danilov

Artyom Danilov (d. 14 fevral 1998; Sankt-Peterburq, Rusiya) — Rusiya əsilli Azərbaycanlı suya tullanan. Artyom Danilov, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş və 1 bürünc medal qazanıb.

Artyom Danilov
Şəxsi məlumatlar
Tam adı Artyom Danilov
Vətəndaşlığı Rusiya RusiyaAzərbaycan Azərbaycan
Doğum tarixi (25 yaş)
Doğum yeri Sankt-Peterburq, Rusiya
İdman növü Suya tullanma

Karyerası[redaktə | mənbəni redaktə et]

Artyom Danilov, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 10 metr platforma yarışlarında Artyom Danilov, 308.70 xal toplayaraq 4 idmançı sırasında 2-ci yeri tutdu və yarışların gümüş medalına layiq görüldü. 3 metr sinxron tramplin yarışlarında o, Dimitri Sorokin ilə birgə 297.90 xal toplayaraq 4 idmançı sırasında yenə 3-cü yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu. 10 metr sinxron platforma yarışlarında isə Artyom Danilov, Dimitri Sorokin ilə birgə 265.11 xal toplayaraq 3 idmançı sırasında 2-ci yeri tutdu və yarışların gümüş medalına layiq görüldü.

İstinadlar[redaktə | mənbəni redaktə et]