Arvadlar ərlərini mənsəbə necə çatdırırlar — rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmış tammetrajlı bədii film. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Filmdə əsas rolları Boris Svetlov, Y.Buranovskaya, A.D.Panova-Potyomkina, S.Şoloxova, A.Verner və Q.Kramer ifa edirlər.
Arvadlar ərlərini mənsəbə necə çatdırırlar | |
---|---|
Janr | komediya |
Rejissor | Boris Svetlov |
Baş rollarda |
Boris Svetlov Y.Buranovskaya A.D.Panova-Potyomkina S.Şoloxova A.Verner Q.Kramer |
Operator | Qriqori Lemberq |
İstehsalçı | "Filma" Səhmdar Cəmiyyəti |
İlk baxış tarixi | 23 iyul 1916 |
Filmin növü | tammetrajlı bədii film |
Ölkə | Rusiya imperiyası |
Dil | səssiz |
Texniki məlumatlar | 6 hissə |
Rəng | ağ-qara |
Film bir zadəgan ailəsinin həyatı haqqındadır.[1]
Kinopovestin hər hissəsinin öz başlığı var: "Əyalət bataqlığı", "Coşmuş qan alovdan güclüdür", "Məhəbbət məclisi başlasın", "Ərlərə iş düzəldirlər", "Şərab pərisinin ayaqları altında", "Arvadlar həmişə günahsızdırlar". Bunlar filmdə baş verən hadisələrin mənasını açır.[1]