Qriqori Moiseyeviç Lemberq (rus. Григорий Моисеевич Лемберг; 1873-30 iyul 1945) — SSRİ operatoru və fotoqrafı.
Qriqori Lemberqin əsl sənəti fotoqrafdır. 1911-1917-ci illərdə operator kimi 30-dan çox bədii film çəkmişdir. Həmçinin Petroqraddakı Fevral inqilabını çəkən yeganə operatordur. 1923-cü ildən "Dövlətkino"da işləmiş və elmi-kütləvi filmlər çəkmişdir.
- Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film)
- Arvad (film, 1916) (tammetrajlı bədii film)
- Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) (tammetrajlı bədii film)
- Ayaqyalın məhəbbət (film, 1916) (qısametrajlı bədii film)
- Bir alçalmanın tarixi (film, 1919) (tammetrajlı bədii film)
- Knyaz Dəmir Bulat (film, 1916) (tammetrajlı bədii film)
- Neft və milyonlar səltənətində (film, 1916) (tammetrajlı bədii film)
- Ölümünə bir saat qalmış (film, 1916) (tammetrajlı bədii film)
- Yeni tərzdə köhnə əhvalat (film, 1916) (qısametrajlı bədii film)
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 13-15.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.