Arxeoloji abidələr

Arxeoloji abidələr (yun. archaios — qədim) — insanların yaratdığı qədim maddi mədəniyyət abidələri. Arxeoloji abidələrə, əsasən, əmək alətləri, silahlar, məişət əşyaları, insan məskənləri, şəhər və qala xarabalıqları, qaya təsvirləri, torpaq sədlər, sərdabəlar, emalatxana qalıqları, qəbirlər, qədim yazılar (daş və s. üzərində), suvarma kanalları, su kəmərləri və s. daxildir. Arxeoloji abidələr insan cəmiyyətinin tarixini öyrənir. [1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əliyeva N.Ə. Hidrometeoroloji lüğət. Bakı: 2005, 246.