Arxeoloji mədəniyyət

Erkən tunc dövrünə aid saxsı qab, Xınıslı, daş qutu qəbir, Milli Azərbaycan Tarix Muzeyi

Arxeoloji mədəniyyət — Eyni dövrə aid, özünəməxsus yerli cəhətləri ilə fərqlənən və müəyyən ərazidə cəmlənən arxeoloji abidələrin ümumiliyini bildirən termin.

Arxeoloji mədəniyyət adətən, əmək alətləri, evlərin quruluşu, saxsı məmulatının forma və naxışları, dəfn adətləri və digər əlamətlərə əsasən adlandırılır (məsələn, küp qəbirləri mədəniyyəti, boyalı qablar mədəniyyəti və s.). Arxeoloji mədəniyyət əsasında məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişaf səviyyəsi, tayfanınxalqın tarixi, yayıldığı ərazi və s. mühüm məsələlər öyrənilir.

Azərbaycanda arxeoloji mədəniyyətlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan üçün Kür-Araz, Boyalı qablar, Xocalı-Gədəbəy, Naxçıvan, Yaloylutəpə, Leylatəpə, Quruçay, Köndələnçay mədəniyyətləri və s. xarakterikdir.

  • Azərbaycan Sovet Ensiklopediyası. I cild, səh.416.