"Arxitektura i stroitelstvo Rossii" (ing. Архитектура и строительство России; mənası – "Rusiyanın Memarlıq və İnşaatı") — Rusiyada memarlıq və tikinti üzrə elmi, praktiki, mədəni və maarifləndirici jurnal.
Arxitektura i stroitelstvo Rossii | |
---|---|
Dil | rus dili |
ISSN | 0235-7259 |
asrmag.ru |
"Arxitektura i stroitelstvo Rossii" jurnalı Rusiya Ali Attestasiya Komissiyasının resenziyadan keçmiş elmi nəşrləri siyahısına daxil edilmişdir. Jurnal Elmi Elektron Kitabxana tərəfindən aparılan Rusiya Elm Sitat İndeksinin məlumat bazasına daxildir.
"Arxitektura i stroitelstvo Rossii" jurnalı 1933-cü ildə SSRİ Memarlar İttifaqının orqanı kimi təsis edilmişdir. Jurnalın ilkin adı "Arxitektura i stroitelstvo" idi. Jurnalın sələfi "Sovetskaya arxitektura" jurnalı idi.[1]
İkinci Dünya müharibəsi illərində jurnalın nəşri dayandırılmış və müharibədən sonra da davam etdirilmişdir. 1960–1989-cu illərdə jurnal Rusiya Tikinti və Mənzil-Kommunal Təsərrüfat Agentliyinin təşəbbüsü ilə "Na stroykax Rossii" adı altında nəşr olunmuşdur. 1989-cu ildən jurnal yenidən təşkil edildikdən sonra "Arxitektura i stroitelstvo Rossii" adlanır. Jurnal Rusiya Memarlar İttifaqının təşəbbüsü ilə nəşr olunur.[1]
Jurnalın redaksiya heyətinin sədri Nikolay Metlenkovdur.[1]