Əliyeva Arzu Qurban qızı - Xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti
Arzu Əliyeva | |
---|---|
Əliyeva Arzu Qurban qızı | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri, Azərbaycan, |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri | 2003-cü ildən |
Musiqi aləti | forte-piano |
Təhsili | Azərbaycan Respublikasının Milli Konservatoriyası |
Mükafatları |
Əliyeva Arzu Qurban qızı 1991-cı ildə Bakı şəhərində anadan olmuşdur. Ailəlidir. 1 övladı var.
1997-ci ildə Səbail rayonunda yerləşən Tofiq Məmmədov adına 239 saylı orta məktəbin I sinifinə gedib, 2008-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir Bundan əlavə 2002-ci ildə Yasamal rayonunda yerləşən 22 saylı musiqi məktəbinə muğam dərsləri almağa getmiş, 2008-ci ildə həmin məktəbi qırmızı diplomla bitirmişdir. Bundan əlavə 7-illik fortepiano təhsili də var.2008-2012-ci illərdə bakalavr, 2013-2015-ci illərdə magistr pilləsi üzrə Azərbaycan Respublikasının Milli Konservatoriyasını qırmızı diplomla bitirmişdir. Konservatoriyada oxuduğu illərdə dərslərini əla qiymətlə oxuduğu üçün “Süleyman Ələskərov” adına təqaüdlə təltif edilmişdir.
Müəllimi Respublikanın Xalq artisti, Dossent, Şərəf orderli Mənsum İbrahimov olmuşdur. İlk dəfə istedadını müəllimi üzə çıxarıb. Məhsuliyyətli və böyük səhnədə olan çıxışı 2003-cü ildə “Heydər Əliyev adına Saray”da keçirilən ölkə Prezidentimiz cənab İlham Əliyevin and içmə mərasiminə ayrılmış konsert proqramında olan çıxışı olmuşdur. 2004-cü ildə Türkiyə Respublikasında keçirilən “VII Uluslararası dünya festivalı”nda uğurlu çıxış etmişdir. 2005-ci ildə televiziya vasitəsi ilə yayımlanan Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunmuş “Muğam ifaçılarının 1-ci Respublika müsabiqəsi”nə seçilən 20 finalçıdan biri də Arzu Əliyeva olmuşdur. Həmin ildə “Dövlət Muğam Teatrı”nın rəhbərliyi tərəfindən işə dəvət almış və orada çalışdığı üç il ərzində bir çox dövlət tədbirlərində müvəffəqiyyətlə çıxış etmişdir. 2006-cı ildə Astara rayonunda keçirilən “Muğam ifaçılarının III Respublika müsabiqəsi”nin “Qrandpri” mükafatına layiq görülmüşdür. 2006-cı ildə Qazağıstan Respublikasında keçirilən “Delfi Oyunları” müsabiqəsinin laureatı olmuş və 2007-ci ildə Hindistanın Dehli, Laknao və Hardivar şəhərlərində “Mədəniyyət günlərinə” həsr olunmuş konsertlərdə iştirak etmişdir. Bununla yanaşı həmin ildə İran İslam Respublikasında “Azərbaycan günləri”ndə də iştirak etmişəm. 2007-ci ildə daha bir səfəri Cənubi Koreyanın Seul şəhərinə olmuşdur. Burada kecirilən “Azərbaycan günləri”ndəki çıxışları cox gözəl qarşılanmışdır. 2007-ci ildə növbəti səfəri Özbəkistanın Səmərqənd şəhərinə olmuşdur. Orada keçirilən “Şərq Təranələri” festivalında “YUNESKO-nun BAŞ MUKAFATI” na layiq görülmüşdür. 2008-ci ildə Avstriyanın Viana şəhərində keçirilən “Mədəniyyət günləri”ndə iştirak etmiş və 2008-ci ildə Fransanın Paris, Belçikanın Brüssel, Almaniyanın Münhen şəhərlərinə səfərlər olmuşdur. Bundan əlavə Çin, Mərakeş, Litva, Rusiyanın müxtəlif şəhərlərində keçirilən “Mədəniyyət günləri”ndə də iştirak etmişdir.
2009-cu ildə keçirilən “I Respublika Muğam Müsabiqəsi”ndə” laureat adını qazanaraq “I Beynəlxalq Festivalı çərçivəsində keçirilən Muğam Müsabiqəsi”ndə müsabiqənin ən gənc iştirakçısı kimi “Bəstəkarlar İttifaqı”nın mükafatına layiq görülmüşdür . 2010-cu ildə Bəstəkar Süleyman Ələsgərov Mükfatı laureatı olmuş və eyni ildə İngiltərənin London şəhərində keçirilən “Mədəniyyət günləri”ndə iştirak etmiş və 2011-ci ildə əlaçı tələbə olduğu üçün Həmkarlar ittifaqının təqaüdünə layiq görülmüşdür.2011-ci ildə keçirilən “II Beynəlxalq Muğam festivalın”da Akademik Opera və Balet teatrında ”Şah İsmayıl” operasında “Ərəbzəngi”obrazını canlandırmışdır. 2011-ci ildə Qardaş Türkiyə Respublikasında, Rusiya Federasiyasının Perm şəhərində, Serbiyada Cənab Prezidentimiz İlham Əliyevin də iştirakı ilə keçirilən ümummilli Liderimiz Heydər Əliyevin büstünün açılış mərasimində, konsert proqramlarında iştirak etmişdir. 2012-ci ildə Moskva şəhərində keçirilən “Mədəniyyət günlərin”də iştirak etmiş və 2012-ci ildə İtaliyada Nizami Gəncəvinin büstünün açılış mərasimində möhtəşəm konsert proqramında iştirak etmiçdir. 2012-ci ildə tarixdə Türkiyə Cumhuriyyətində ilk dəfə keçirilən “Azərbaycan günləri”ndə iştirak etmiş, 2013-cü ildə fervralin 2-si “Gənclər Mükafatı laureatı” və bununla yanaşı “İlin işgüzar xanımı” adına layiq görülmüşdür. 2011-ci ildə “Azərbaycan gözəldir”, 2013-cü ildə “Deyin hardadır” və 2017-ci ildə 3-hissəli musiqi albomu işıq üzü görmüşdür. 2013-cü ildən “Əsli və Kərəm” opersında Əsli, 2015-ci ildən “Leyli və Məcnun” operasında Leyli obrazını canlandırmağa davam edir. Tamaşalarda tərəf müqabilləri - Respublikanın Xalq artisti, ustadı Mənsum İbrahimov və Resoublikanın Əməkdar artistləri Təyyar Bayramov, Elnur Zeynalov və İlkin Əhmədovdur. Həmçinin Beynəlxalq Muğam Mərkəzinin solistidir. Muğam sənətilə məşğul olmağa başladığı ilk gündən bu günə qədər, musiqimizi 30-dan çox ölkədə festival, dövlət bayramları və mədəniyyət günləri ilə əlaqədar tədbirlərdə təmsil etmişdir. Bunlara misal olaraq ABŞ, Böyük Britaniya, Brazilia, Fransa, Almaniya, Avstriya, Belçika, İsveçrə, İtaliya, Albaniya, Amsterdam, Malta, Rumıniya, Rusiya, Polşa, Cənubi Koreya, Çin, Gürcüstan, Hindistan, Qazaxıstan, Özbəkistan, Bolqarıstan, Macarıstan, İran İslam Respublikası, İspaniya, Mərakeş, Qətər, Litva, Serbiya, Tunis, Türkiyə və Yunanıstanı göstərmək olar. 2018-ci il Mayın 27-də ölkə başçısının sərəncamı ilə Azərbycan Respublikasının Əməkdar Artisti adına layiq görülmüşdür. 2020-ci ildə “Humay” mükafatına layiq görülmüşdür. Hal-hazırda fəaliyyətini Akademik Opera və balet teatrında və Beynəlxalq muğam mərkəzində davam etdirməklə bir çox Dövlət tədbirlərində də çıxışlar edir.