Təyyar Bayramov (tam adı: Təyyar Allahverdi oğlu Bayramov; 14 sentyabr 1976, Ağdam rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2009).
Təyyar Bayramov | |||
---|---|---|---|
Ümumi məlumatlar | |||
Doğum tarixi | |||
Doğum yeri | Ağdam rayonu, Azərbaycan SSR, SSRİ | ||
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
||
Musiqiçi məlumatları | |||
Fəaliyyəti | muğam ifaçısı | ||
Fəaliyyət illəri | 2005—h.h. | ||
Mükafatları |
|
Təyyar Bayramov 1976-cı ildin 14 sentyabrında Ağdam rayonunda anadan olub. Muğama uşaq vaxtlarından maraq göstərib. 1982-ci ildə orta məktəbə getmiş 8-ci sinfə kimi təhsilini Ağdamda almış, Qarabağ müharibəsinə görə qalan 2 ilini Ağcəbədi rayonunda davam etdirmişdir. 1993-cü ildən ailəsi ilə birgə Bakı şəhərində məskunlaşmışdır. 1994–1998-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində dərs almışdır. 1999–2000-ci illərdə hərbi xidmətdə olmuşdur.
2003-cü ildə Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olmuş, 2005-ci ildə bitirmişdir. Musiqi kollecində təhsil alarkən peşəkar ifaçılıqla məşğul olmağa başlayıb. 2004-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət almış və ilk olaraq "Leyli və Məcnun" operasında İbn-Salam rolunu ifa etmişdir. 2006-cı ildə Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Şah ismayıl, Vasif Adıgözəlovun "Natəvan" tamaşasında Xanəndə və Aşıq, Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Xanəndə obrazlarında cıxış etmişdir.[1] 2005-ildən Bakı Humanitar kollecində pedaqoji fəaliyyətə başlamış, 2012-ci ildən Milli kobservatoroya və Milli konservatoriyanın nəzdində Asəf Zeynallı adına musiqi kollecində davam etmişdir. Milli Konservatoriyanın dosentidir. Bir çox elmi məqalələlərin və dərs vəsaitinin müəllifidir.