Arzu Cəlilova (4 iyun 2004, Bakı) - gənclər arasında bədii gimnastika üzrə I Dünya Çempionatının gümüş və bürünc, Avropa Çempionatının bürünc medal mükafatçısı. Arzu Cəlilova badii gimnasitka üzrə bir çox yerli və beynəlxalq turnirlərdə iştirak etmişdir.[1]
Arzu Cəlilova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 iyun 2004 (20 yaş) |
Doğum yeri | |
İdman növü | bədii gimnastika |
Arzu Cəlilova Natiq Cəlilov və Nigar Cəlilovanın ailəsində dünyaya göz açıb. Natiq Cəlilovun atası akademik Qurban Cəlilovdur. Arzunun atası hələ o dünyaya gəlmədən əvvəl avtomobil qəzasında dünyasını dəyişib.[1]
Arzu 4 yaşında olarkən anası Nigar Cəlilova onu “Neftçi İdman Klubu”nun bədii gimnastika bölməsinə yazdırıb. 2012-ci ildə 8 yaşında bədii gimnastika üzrə Açıq Bakı birinciliyində həmyaşıdı gimnastlar arasında 2-ci yer tutur. Həmin ilin iyul ayında İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq turnirdə ölkəmizi təmsil etmiş və qızıl medala layiq görülmüşdür. Yenə həmin ilin oktyabr ayında XIX Bakı çempionatında azyaşlı bədii gimnastlar arasında 2-ci yer, 2013-cü ilin noyabr ayında Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə çoxnövçülük və alətsiz hərəkətlərdə birinci yer, iplə hərəkətlərdə isə 2-ci yer tutmuşdur.[2]
Arzu Cəlilovanın digər uğurları aşağıdakılardır:
Beynəlxalq Turnir “Miss Valentine”, Tartu, Estoniya, 2-ci yer (top)
Bakı Çempionatı, Bakı, Azərbaycan 2-ci yer
Azərbaycan Çempionatı, Bakı, Azərbaycan, 1-ci yer[1]
Azərbaycan Çempionatı, Bakı, Azərbaycan, 3-cü yer