Arzu Doğru qızı Hüseynova — İqtisad elmləri doktoru(2016),
Arzu Hüseynova | |
---|---|
Arzu Doğru qızı Hüseynova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcəsi | iqtisad üzrə elmləri doktoru |
İş yeri | AR Iqtisadiyyat Nazirliyi İqtisadi ETİ |
Təhsili | ali |
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda direktor müavini,
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının üzvü (2018-ci ildən)
Arzu Hüseynova 21 iyul 1966-cı ildə Bakıda anadan olmuşdur[1]. O, Bakı şəhərində 80 saylı orta məktəbdə oxumuş (1973–1983), M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsində (1983–1988) təhsil almışdır. Ali təhsilini "Tətbiqi riyaziyyat" ixtisası üzrə almış Arzu Hüseynova 1988–2001-ci illərdə müxtəlif təşkilatlarda aparıcı vəzifələrdə, 2001–2004-cü illərdə isə Dövlət Elm və Texnika Komitəsi nəzdində yaradılan Elmi-Tədqiqat, Təcrübi-Konstruktor İşlərinin və Müdafiə Olunmuş Dissertasiyaların Dövlət Qeydiyyatı Mərkəzində (DQM) baş mütəxəssis vəzifəsində işləmişdir. Arzu Hüseynova 2005-ci ildə DQM-ə direktor müavini təyin edilmişdir. AR-nın Nazirlər Kabinetinin 22 avqust 2008-ci il 197 saylı qərarı ilə DQM-in adı dəyişdirilərək Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi (EİM) adlandırılmışdır. O, 2014-cü ilin aprel ayının 1-nə kimi EİM-də direktorun 1-ci müavini vəzifəsində çalışıb. Hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi|Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda direktor müavini və Azəbaycan Dövlət İqtisad Unversitetinin "Rəqəmsal iqtisadiyyatı və İKT" kafedrasının professoru vəzifələrində işləyir. Arzu Hüseynova "Elmi problemlərin araşdırılmasının informasiya təminatı sistemi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 27 iyun 2007-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almış, 5 oktyabr 2010-cu ildə ona iqtisadiyyatın riyazi və instrumental üsulları ixtisası üzrə dosent adı verilmişdir. 2016-cı ilin yanvarında "Azərbaycanda innovasiya potensialının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 25 noyabr 2016-cı ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.
Hüseynova A. Elmi tədqiqat fəaliyyəti ilə yanaşı, davamlı olaraq elmi-pedoqoji fəaliyyətlə də məşğul olur. 1989-cu ildən 2001-ci ilə kimi Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda, onun nəzdində fəaliyyət göstərən Bakı "Türk dünyasını araşdırma" fakültəsində və onun liseyində, 2001-ci ildən 2005-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetində, 2005–2007-ci illərdə Qərb Universitetində pedoqoji fəaliyyətlə məşğul olub. 2009–2014-cü illərdə Odessa Milli Hüquq Akademiyasının Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutu ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi əsasında "Əqli mülkiyyət", "İnformasiya təhlili" və "İnnovasiya fəaliyyətinin idarə edilməsi" ixtisaslar üzrə magistraturaya mütəxəssis hazırlığında buraxılış işlərinin və təcrübə rəhbəri olub. AMEA Elmi innovasiyalar Mərkəzinin Ukraynanın adı çəkilən institutu ilə "Müasir şəraitdə informasiyaanalitik fəaliyyətin təşkili" üzrə ixtisasartırma kursunda mühazirələr oxuyub. 2013-cü ildən 2016-cı ilə kimi "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Milli Aviasiya Akademiyası, "Dünya iqtisadiyyaı" kafedrasında dosen və 2016-cı ildən indiyədək Azərbaycan Dövlət İqtisad Universitetinin "Rəqəmsal iqtisadyyat və İKT" kafedrasında professor vəzifəsində çalışır. Hazırda bir sıra doktorant və dissertantların elmi işlərinə rəhbərlik edir.
Arzu Hüseynova proqramçı kimi bir çox AİS proqramlarının müəllifidir. O, 2001-ci ildə "Dissertasiya işlərinin və ETTKİ referativ jurnallarının nəşri üzrə proqram təminatının hazırlanması və tətbiqi", 2002–2003-cü illərdə "ETTKİ fondu üzrə informasiya axtarış sisteminin yaradılması" layihələrinin, "ETTKİ" və "Azərbaycan elmi sitat indeksi biblioqrafik bazası" AİS-in müəllifi, 2009-cu ildən "Azərbaycan Respublikasında qabaqcıl texnologiya və innovasiya məlumat bazasının yaradılması və milli innovsiya sisteminin hazırlanması" proqramının rəhbəridir.
A. D. Hüseynova respublikada milli innovasiya sisteminin formalaşması və inkişafı məsələləri ilə sıx məşğul olur, respublikada innovasiya proseslərinin vəziyyətini öyrənir, "Azərbaycan Respublikası Milli İnnovasiya Sisteminin konsepsiyası", "Azərbaycan Respublikasının Milli İnnovasiya sisteminin formalaşması və inkişafı proqramı"nın layihələrinin hazırlanmasında yaxından iştirak etmişdir. A. D. Hüseynova Azərbaycanın və bir sıra xarici jurnalların redaksiya heyətinin üzvü, İqtisadi Əməkdaşlıq Təşkilatının "İqtisadiyyat" jurnalının baş redaktoru, Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkzinin (ICSTI) eksperti və Azərbaycan Texniki Unversitetində nəzdində ED 2.38 Dissertasiya şurasında sədr müavinidir. 2018-ci ildən Azərbaycan Respublikası Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Texnologiya və innovasiyalar" işçi qrupunun və Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Texnologiya və innovasiyalar" İşçi qrupunun nəzdində fəaliyyət göstərən "Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə" altqrupunun üzvüdür.
Arzu Hüseynova 9 kitabın və 150-ə yaxın elmi məqalələrin müəllifidir. Onlardan 30-u xaricdə nüfuzlu jurnallarda və konfrans materiallarında çap olunmuşdur.
O, beynəlxalq təşkilatların qrantlarına layiq görülmüşdür: Kanada cəmiyyəti, Əfqanlarla "Kompüter bilikləri" kursu, lektor; "İqfotek" informasiya və telekomunikasiya texnologiyalarının inkişafı ictimai birliyi, Nazirliklərin kadr işçilərinə "İnformasiya texnologiyaları ilə tanışlıq" kursu, "MS EXCEL elektron cədvəli – işgüzar adamlar üçün", IATP Məsafəli Təhsil Akademiyası; ABŞ hökuməti tərəfindən maliyyələşən Beynəlxalq Tədqiqatlar və Mübadilələr şurasının (İREX) distant təhsil üzrə məsləhətçi adına layiq görülmüşdür.
A. Hüseynova "Avrasiya" fondu tərəfindən təşkil edilmiş "İşguzar qadın" kursu beynəlxalq sertifikatına layiq görülmüşdür(1998). O, 2007-ci ildə Moskavada keçirilmiş "İnformasiya cəmiyyəti, informasiya və informasiya texnologiyalarının intellektual emalı" adlı beynəlxalq konfransda maraqlı çıxışına gorə Ümum-Rusiya İnstitutunun diplomuna layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidenti yanında Elmi İnkişaf Fondunun, Ukrayna Respublikası Milli Elm və Təhsil Nazirliyinin, Ukrayna Milli Texnika Universitetinin təşkil etdiyi "Elmi tədqiqatın nəticələrinin kommersiyalaşdırılması və texnologiyalarının transferi" mövzusunda 2013-cü ilin 16–17 avqust tarixlərində keçirilmiş Beynəlxalq seminarda fəal iştirakına görə Sertifikat almışdır.
http://unec.edu.az/i-e-n-dos-huseynova-arzu-dogru/
Elm xadimi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |