Aslıkul[1][2] (Asılıkul[2], başq. Асылыкүл, Асыулыкүл) — Başqırdıstan Respublikasının ən böyük gölü. Davlekanovo şəhərindən 27 km şimal-qərbdə yerləşir. Göl Belebeev yaylası ilə Tabulak, Ulutau, Belekey-Kaqaç, Bolşoy Nor, Malıy Nor və Zaytulyaktau dağları arasında yerləşir. Karst məşəllidir. Qidalanması qarışıqdır. Burada yağış suları, yeraltı sular və qar suları bərabər paylanmışdır. Suyu şorluğa meyillidir, yüksək minerallaşmaya məruz qalmışdır.
Asılıkul gölü | |
---|---|
başq. Асылыкүл, Асыулыкүл | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 221 m |
Eni | 5 km |
Uzunluğu | 7 km |
Sahil uzunluğu | 256,0 km |
Sahəsi | 23,5 km² |
Orta dərinliyi | 5,1 m |
Yerləşməsi | |
54°18′46″ şm. e. 54°34′38″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gölün yatağı Ulutau, Tubuldak, Ulu-Karaqaç Belekey-Karaqaç zirvələri arasında yerləşir. Cənub sahili sıldırımlı olub 210–370 arası metr hündürlüyə malikdir. Göl dəniz səviyyəsindən 221 metr hündürlükdə yerləşir. Uzunluğu 7 km, eni isə 5 km təşkil edir. Gölün sahəsi 23,5 km², orta dərinliyi isə 5,1metrdir. Sahilində Buranqulovo, Kupoyarovo və Yanqi-Turmuş kəndləri yerləşir.
Sahillərində qamışlıq sahələr vardır. Müəyyən hissələr isə palıd və tozağacı meşələri ilə örtülmüşdür. Sahilləri quşları yuva qurması üçün əlverişlidir. Burada yay ayları bir necə növ ördək, qaz və qu quşlarına rast gəlmək olar. Sularında Nalim, Sazan və Siq kimi balıqlar yaşayır.
Adı Başqırd dilində "Asılı" — dağ, dağlı, "kul" — göl anlamını verir.
Göl Başqırdıstan Respublikasının təbiət ərazilərinin qorunması haqqında qanunla tənzimlənir. 1962-ci ildən göl ictimai əhəmiyyətli obyektlər siyahısına daxil edilir. 1965-ci ildə isə göl ərazisi Başqırdıstan Respublikasında respublika əhəmiyyətli təbiət abidəsi elan edilir.
19 yanvar 1993 ildə Başqırdıstan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə "Aslı-Kul gölü" parkı təşkil edilir. 1 yanvar 2005 ildə Rusiya Federasiyasının 22 avqust 2004 il № 122 Başqırdıstan Respublikasında Milli parkın yaradılması qanun qüvvəyə minir. Burada "Aslı-Kul", "Muradım dərəi" və "Kandri-Kul" təbiət abidələri Başqırdıstan Milli Parkında birləşdirilir[3]. 2009 ildən isə ərazi milli park elan edilir[4].