Asəf Məmiyev

Asəf Qəni oğlu Məmiyev (1972-ci il Hoçaz, Laçın rayonu Azərbaycan SSR SSRİ. 1992-ci il Hoçaz Laçın rayonu Azərbaycan) — Azərbaycan silahlı qüvvələrinin əsgəri. Birinci Qarabağ müharibəsi şəhidi.

Asəf Məmiyev
Məmiyev Asəf Qəni oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Hoçaz, Laçın rayonu Azərbaycan SSR SSRİ
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Hoçaz, Laçın rayonu Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Tərtər rayonu Ələsgərli kənd qəbiristanlığı.
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Məmiyev Qəni
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1992-ci il
Rütbəsi Əsgər
Döyüşlər

Məmiyev Asəf Qəni oğlu. 1972 ci ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub

Xidmət illəri

[redaktə | mənbəni redaktə et]

Asəf Məmiyev 1992-ci ildə orta məktəbi bitirib, iyun ayında Kəlbəcər rayonu istiqamətində Laçın batalyonunun tərkibində könüllü hərbi xidmət keçməklə cəbhə bölgəsinə yollanmişdir. Asəf Pircahan kəndində qardaşı Kamilin xidmət etdiyi (Şəhid Vaqif Quliyevin komandir olduğu briqada) könüllülərdən ibarət briqadaya qoşulmuş və döyüşlərdə iştirak etmişdir. Həmin briqada Hoçaz kəndinə daxil olub qəhrəmancasına vuruşaraq erməni tərəfi xeyli itki verdirərək qovmağa nail olsalar da, erməni sinayperçisi tərəfindən 9 nəfər, o cümlədən Asəf və Kamil qardaşları vurularaq Şəhid olmuşlar. Şəhid qardaşların məzarları Tərtər rayonunun Ələsgərli kənd (keçmiş Narçılıq savxozu yaxud Leninabad kəndi) qəbirstanlığındadır.