Asar (mifologiya)

Asar (bolqarca: Acu, boşnakca: Æsiri, rusca: Асы, azərbaycanca: Asar) — türk, monqol və Tibet mifologiyalarında Tanrıların vətəni. Azar olaraq da deyilir. Tanrıların yaşadığı göy üzü deməkdir. Eyni söz ilah anlamına da gəlir. Azəri adının buradan törədiyini irəli sürən şəxslər də vardır.[1] Tibet və monqol mətnlərində də yer alan, hətta Skandinaviya mifologiyasında belə bənzər sözlə “Aesir” formasında Tanrılar topluluğunu ifadə edən ortaq ünsürdür. Asarı sözü də tibetcədə səmavi Tanrıları ifadə etməkdə istifadə eidlir. Monqolcada asar çadır deməkdir. Türklərdə göyün böyük çadır olaraq qəbul edilməsi fikrinin bir başqa örnəyidir.[2] Çoxtanrılı dinlərin demək olar ki, hamısında Tanrılar topluluğunun insanlardan uzaq bir yerdə (çox zaman göylərdəki dağda) yaşadığı inancı geniş yayılmışdır.

Deyilənlərə görə, yeni dünyanın yaradılma zamanı gəldiyində uzaq bir yerdə şiddətli qasırğa başlamış, qaranlıq çökmüş və qarışıqlıq olmuşdur. O zaman Asarı Tanrılarının yurdu olan səmada böyük dava çıxmış və bu dava müharibəyə dönüşmüşdür. Asarılar dağılmış və yurdlarının qalıntılar üzərində yenidən 7 qatlı ölkə qurulmuşdur. Ancaq Asarılar arasında qarışıqlıq hələ də davam etmişdir. Təkrar şiddətli toqquşmalar başlamışdır. Buna görə də, Asarılar günahlarına görə, köhnə tanrıvarı xüsusiyyətlərini itirmişdirlər. Uuzn illər keçmiş və Asarılar Sümer dağının geniş təpəsinə yerləşmişdirlər. Cənnətdə qarışıqlıq daha da artmışdır. Asarılar göydəki yerlərindən aşağı düşərək, ən sounda torpaqda yaşamağa başlamışdırlar. Sümer dağı və ətrafındakı çöllərdə kimsə yaşamadığından qaçaq Tanrılar oralara yerləşib, yür üzünün ilk sakinlərini təşkil etmişdirlər.[3] Bir gün, bunlardan biri torpaqda yetişən bal kimi ləzzətli meyvədən yemiş, digərləri də onun etdiyinin eynisini edincə tanrıvari təbiətlərini tamamiylə itirmişlər və insane dönüşmüşdürlər.

As Az kökündən törəmişdir. Asılı yer deməkdir. Ayrıca, asarmaq feli qorumaq, saxlamaq mənasını da verir. Mancuca və monnqolca da Asar/Asarı sözü çadır[4] mənasını verir.

  1. Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, Yurt Yayınevi (səh - 83)
  2. Türk Söylence Sözlüğü, Deniz Karakurt, Türkiye, 2011, (OTRS: CC BY-SA 3.0) Arxivləşdirilib 2013-11-07 at the Wayback Machine
  3. Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, Yurt Yayınevi (Səh- 84)
  4. "Mongolian Dictionary, Andras Rajki". 16 dekabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]