Asif Asiman

Asif Asiman (tam adı: Asif Məhəmmədəli oğlu Quliyev; 23 yanvar 1955, Disər, Ordubad rayonu) — şair, yazıçı, publisist; Azərbaycan Yazıçılar BirliyininAzərbaycan Jurnalistlər Birliyinin üzvü.

Asif Asiman
Doğum adı Asif Məhəmmədəli oğlu Quliyev
Təxəllüsü Asif Asiman
Doğum tarixi 23 yanvar 1955(1955-01-23) (69 yaş)
Doğum yeri
Uşağı 3 övladı var
Atası Məhəmmədəli Quliyev
Fəaliyyəti jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

23 yanvar 1955-ci ildə Ordubad rayonunun Disər (indiki Başkənd) kəndində müəllim ailəsində anadan olmuşdur.

Orta təhsilini Əvəz Sadıq adına Vənənd kənd orta məktəbində 1972-ci ildə başa vurmuş, elə həmin ildə də Bakı Politexnik Texnikumunun "Gündüz Mexanika şöbəsi"nə daxil olmuşdur. Oradan da birbaşa Ukrayna SSR-in Vinitsa vilayətinə hərbi xidmətə yola düşmüşdür. Hərbi xidməti 1975-ci ildə başa vurduqdan sonra Bakıya qayıtmış və təhsilini davam etdirmişdir. 1977-ci ilin may ayında gənc mütəxəssis kimi Sumqayıtda yerləşən Azərboru zavoduna təyinatla göndərilmişdir.

İstehsalatdan ayrılmadan 1987, 1988, 1989-cu illərdə Azərbaycan Jurnalistika Sənətkarlığı İnstitutunda təhsil almışdır.

1986–1994-cü illərdə 49 nömrəli (indiki 4 nömrəli) Texniki Peşə Liseyində istehsalat təlimi ustası işləmişdir. 1994-cü ildən bu günədək Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə əmək təlimi müəllimi kimi çalışmaqdadır.

Eyni zamanda "Yeganə yol" və "Məslək" qəzetlərinin xüsusi müxbiridir.

Azərbaycan Yazıçılar BirliyininAzərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Ailəlidir. 3 övladı var.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bədii yaradıcılığa orta məktəb illərində başlamışdır.

İlkin publisistik fəaliyyəti dövründə "Yeni Ordubad", "Yeni həyat", "Sovet Naxçıvanı", "Sosialist Sumqayıtı" qəzetləri ilə əməkdaşlıq etmişdir.

  1. "Ürəkdə od varsa", Bakı, "İrşad", 1992, 112 səhifə; (az.)
  2. "Bu da bir taledi", Bakı, "Sabah", 1997, 143 səhifə; (az.)
  3. "Ömrümə-günümə açılan yollar", Bakı, "Nurlan", 2002, 211 səhifə; (az.)
  4. "Bitməyəcək ölənəcən bu sevdam", Bakı, "Adiloğlu", 2004, 115 səhifə; (az.)
  5. "Unutsaq unudularıq", Bakı, "Adiloğlu", 2006, 107 səhifə; (az.)
  6. "Mənim Dəniz sevgim", Bakı, "Dərələyəz-M", 2009, 271 səhifə; (az.)
  7. "Bu dünyaya qərib gəldim", (az.)
  8. "Biz niyə vaxtında görüşməmişik…", Sumqayıt, "Bilik", 2014, 152 səhifə; (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]