Həsənov Asif Pənah oğlu (1934, Ağamalıoğlu, Goranboy rayonu) — texnika elmləri doktoru, professor.
Asif Həsənov | |
---|---|
Həsənov Asif Pənah oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Düzqışlaq, Qasım İsmayılov rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Həsənov Asif Pənah oğlu 1934-cü ildə Azərbaycan Respublikasının Qasım İsmayılov rayonunun Ağamalıoğlu kəndində anadan olmuşdur. 1956-cı ildə "Neftvı qaz yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirərək, 1972-ci ilə qədər "Əzizbəyovneft" NQÇİ-də neft və qaz hasilatı üzrə operatordan istehsalat-texniki şöbənin rəisinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1966-cı ildə "Dərinlik nasosunun sürtünmədən yeyilməsi ilə neft yataqları məhsulunun tərkibi arasındakı əlaqənin öyrənilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ildən bu günə qədər Həsənov A.P. AzİNM AŞ-da "Təmir üçün quyu texnikası" şöbəsinin rəhbəri vəzifəsində işləyir. 1993-cü ildə "Quyu-təmiri texnikasının neft sənayesində işlənilməsi və tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Həsənov A.P. neft və qaz yataqlarının işlənilməsi və istismarı sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: quyu təmiri texnikasının yaradılması və təkmilləşdirilməsi sahəsində elmi-tətbiqi məsələlərin həlli və bu bazada prinsipial cəhətdən yeni elmi-texniki yanaşmaların işlənilməsi; neft və qaz quyularının təmirinin əsas proseslərinin laboratoriya şəraitində fiziki modelləşdirilməsi ilə nəzəri və təcrübi tədqiqatları kompleksi üçün metodologiya; quyu metalkəsici qurğusunun gövdəsində temperaturun həcmi paylanması prosesinin tədqiqi.
Həsənov A.P. 150-dən artıq elmi məqalənin, 9 monoqrafiyanın müəllifidir. İxtiralara görə 24 müəlliflik şahədatnaməsi alıb. 7 elmlər namizədi hazırlayıb.