Asim ibn Ömər

Asim ibn Ömər (628, Mədinə689, ərəb. عاَصم بن عمر‎) — Tanınmış hədis ravisi, ikinci raşidi xəlifə Ömər ibn Xəttabın oğlu[1] və səkkizinci Əməvi xəlifəsi Ömər ibn Əbdüləzizin babası[2].

Asim ibn Ömər
Doğum tarixi 628
Doğum yeri
Vəfat tarixi 689
Atası Ömər ibn Xəttab
Fəaliyyəti mühəddis

Asim Məhəmməd peyğəmbərin[3] səhabəsi olan Ömər ibn Xəttabın oğlu idi, anası da peyğəmbərin ilk ardıcıllarından olmuşdur[4].

Atası Ömər Məkkədə tayfalar arasında arbitrajdan məsul olan Bənu Ədi qəbiləsində anadan olmuşdur. Anası Cəmilə Mədinədə[5][6] Ovs qəbiləsindən Əmr ibn Ovfun qəbiləsindən olan Sabit ibn Əbi əl-Əflax Əl-Şamus bint Əbi Əmirin qızı idi. Onun qardaşı Asim də Bədr döyüşündə iştirak edən müsəlmanlar arasında idi[7][8].

Anası Cəmilə Mədinədə İslamı ilk qəbul edənlərdən olmuşdur. O və anası 622-ci ildə Məhəmməd peyğəmbərə beyət edən ilk on qadından biri idi. Adının Asiya (“asi”) olduğunu eşidən Məhəmməd peyğəmbər ona “Cəmilə” (“gözəl”) adını verir[9].

O, İslamı qəbul etdikdən təxminən beş il sonra, 627-ci ilin mayından 628-ci ilin mayına qədərki aralıqda Ömərlə evlənir[10]. Onların Asim ibn Ömər adlı bir oğlu dünyaya gəlir[11].

Peyğəmbərin səhabəsi və Rəşidi xilafətinin ilk xəlifəsi Əbu Bəkrin vəfatından sonra Asimin atası Ömər ikinci xəlifə olur.

Asimin atası Ömərin ölümündən sonra Cəmilə Yezid ibn Cariyə ilə evlənir və onların Əbdürrəhman adlı bir oğlu olur. Beləliklə Asimin anabir ögey qardaşı dünyaya gəlir[12][13].

Asim ucaboylu, ciddi xasiyyətli, cəmiyyətdə ədəbli insan kimi tanınırdı. XIII əsrin məşhur İslam alimi və tarixçisi Əz-Zəhəbi Asim ibn Öməri belə təsvir etmişdir[14]:

" “O, alicənab insanlardan, dindar, xeyirxah, saleh, natiq şair idi”. "

Asim ənsar qadın olan Ümmə Əmmarla evlənir. Bu evlilikdən onun 3 övladı olub: Həfsə binti Asim, Ömər ibn Asim və Leyla binti Asim. Leyla binti Asim daha sonra Əbdüləziz ibn Mərvanla evlənir. Onların uşaqlarından biri sonradan Əməvi xəlifəsi olmuş Ömər ibn Əbdüləziz olmuşdur.

  1. Muḥammad ibn Sa'd. [1]. — Ta-Ha, 1997. — Т. 2. — ISBN 978-1-897940-90-7.
  2. As-Sallabi, Dr. Ali Muhammad. Biography Of Umar Bin Abdul Aziz
  3. Malik ibn Anas. Al-Muwatta 37:6
  4. Ibn Saad/Bewley vol. 8 p. 7
  5. Muhammad ibn Saad. Kitab al-Tabaqat al-Kabir vol. 3. Translated by Bewley, A. 2013. The Companions of Badr, p. 204. London: Ta-Ha Publishers
  6. Muhammad ibn Saad. Kitab al-Tabaqat al-Kabir vol. 8. Translated by Bewley, A. 1995. The Women of Madina, pp. 7, 235, 236. London/Ta-Ha Publishers
  7. Ibn Saad/Bewley vol. 3 p. 362
  8. Muhammad ibn Jarir al-Tabari. Tarik al-Rusul wa’l-Muluk. Translated by Smith, G. R. (1994). Volume 14: The Conquest of Iran, pp. 100—101. Albany: State University of New York Press.
  9. Ibn Saad/Bewley vol. 3 p. 204.
  10. Tabari/Fishbein vol. 8 p. 95
  11. Ibn Saad/Bewley vol. 3 p. 204
  12. Tabari/Fishbein vol. 8 pp. 94-95
  13. Ibn Saad/Bewley vol. 8 p. 236
  14. Биографии пророка. «Кто осознал время пророчества» — Асим бин Умар бин Аль-Хаттаб