Asinergiya (yun. ουνεργία – qarşılıqlı əlaqə) — bir neçə əzələ qrupunu birgə fəaliyyətə yönəltmək qabiliyyətinin olmaması nəticəsində hərəkətlərin pozulması. İlk dəfə 1909-cu ildə ildə J. Babinski tərəfindən beyincik xəstəlikləri zamanı təsvir edilmişdir. Asinergiyası olan xəstələr mürəkkəb hərəkət etmək üçün bədənin müxtəlif hissələrində sadə hərəkətlər seriyasını eyni vaxtda yerinə yetirə bilmirlər və nəticədə həmin mürəkkəb hərəkət sadə hərəkətlər yığımına çevrilir. Asinergiya həmçinin bəzi qabıqaltı törəmələrin, məs., zolaqlı cismin zədələnməsi zamanıda müşahidə olunur.