Asiya-Sakit Okean Turizm Assosasiyası və ya qısaca PATA (ing. Pacific Asia Travel Association) — beynəlxalq regional turizm təşkilatıdır.
Asiya-Sakit Okean Turizm Assosasiyası PATA | |
---|---|
ing. Pacific Asia Travel Association | |
Növü | regional |
Yaranma tarixi | 1951 |
Rəsmi dili | ingilis |
Mərkəzi | San-Fransisko, ABŞ |
pata.org |
Əsası 1951-ci ildə qoyulmuşdur.
Milli hökumət turizm təşkilatları, nəqliyyat və mehmanxana assosasiyaları, turizm firmaları, həmçinin turizm sənayesi ilə bağlı olan digər təşkilatları təmsil edən 34 dövlətdən 2200-dən çox üzvü birləşdirən beynəlxalq qeyri-hökumət turizm təşkilatıdır. Assosasiyanın əsas məqsədi Sakit okean regionunda turizmin inkişafına yardım göstərməkdir.
Onun tədqiqat işi isə turizmin tədqiq olunması üzrə illik konfranslar hesab olunur. Mövcud konfransların nəticələri isə Sakit okean regionu üzrə illik statistik hesabatların nəşr edilməsində öz əksini tapır.
PATA-nın Katibliyi ABŞ-nin San-Fransisko şəhərində yerləşsə də, onun Asiya Regionunun xidməti üzrə ofisi Sinqapurda, Sakit Okean regionunda xidmət üzrə ofisi Sidneydə, Amerika-Asiya hissələrinin xidməti üzrə ofisi isə San-Fransiskoda yerləşir. Rəsmi dili ingilis dilidir.