Asiya və Orta Şərq Araşdırmaları Fakültəsi—Asiya və Orta Şərq Araşdırmaları Fakültəsi (keçmiş Şərqşünaslıq Fakültəsi)[1] Oksford Universitetinin alt bölməsidir.
Fakültə siyasət, dil və mədəniyyətə diqqət yetirərək müasir və tarixi Asiya və Yaxın Şərq tədqiqatları üzrə geniş spektrli tədqiqat və tədrislə məşğul olur. Fakültənin əsas binası Eşmol Muzeyi və Sakler Kitabxanasının yaxınlığında, Pyuzi küçəsində (Pusey lane) yerləşir, fakültənin bəzi tədqiqat mərkəzlərinin Oksfordun başqa yerlərində öz binaları var (Oksfordda, Müqəddəs Antoni Kollecində, yerləşən Yaxın Şərq Mərkəzi kimi). Fakültə Oksford Universitetinin Humanitar Elmlər Bölməsinin bir hissəsidir. Fakültənin tələbələr və professorlar üçün öz kitabxanası fəaliyyət göstərir ki, bura həm müvəqqəti materialları götürməyə icazə verən kitabxana, həm də Bodlian Kitabxanasının oxu zalıdır. Fakültə 1 avqust 2022-ci ilə qədər Şərqşünaslıq fakültəsi kimi tanınırdı, müstəmləkəçilik çağırışdıran ifadə hesab edildiyi üçün Şərqşünaslıq fakültəsi adı 2022-ci 1 avqust tarixdə Asiya və Orta Şərq Araşdırmaları Fakültəsi adı ilə əvəz olunmuşdur.
Fakültə tədqiqat sahəsinə görə üç alt fakültəyə ayrılır: