Askaniya-Nova

Askaniya-Nova — Cənubi Ukraynanın Xerson vilayətində Çaplı (indi Çaplinsk) rayonunda qəsəbə, ovalıqlar, çöllər Böyük Çaplı adlanırdı. XVIII əsrin 70-ci illərində Rusiyanın idarəsinə keçdikdən sonra da hələ öz əski türk adıyla yaşamaqda idi. Istilanın ilk illərində bu ərazidə Böyük Çaplı rus hərbi keşikçi postu qurulmuşdu. 1828-ci ildə isə bu münbit torpaqlarda Hersoq Anhaldt Hettenskinin alman koloniyasının əsası qoyuldu. Alman Qraflıqları ilə qohumluq əlaqəsi saxlayan çar ailəsi Romanovların dəvət etdikləri və böyük səxavətlə verimli torpaqları bağışladıqları kolonistlər bu yeni əldə etdikləri mülklərə öz əski dədə-baba yerlərinin adlarını qoyurdular. Elə bu yerlərin yeni sahibi də öz ata-baba yurdu Askaniya Hersoqluğunun xatirəsinə 1832-ci ildə böyük Çaplını Askaniya Nova adlandırdı. İndiki Askaniya Nova Dövlət Qoruğu əvvəl Böyük Çaplı bazılarının (təpələrinin) ətəklərində yerləşdiyindən əvvəllər Çaplı adlansa da, sonralar Askaniya Nova kimi rəsmiləşir.Bu çöllərdə eyniadlı Askaniya Nova adlı qoyun cinsi yetişdirilir.

Rusların gəlişinə qədər bu yerlərin sakinləri tatarlar (noqay türkləri) idilər. Bu torpaqlar məhz istila olunduqdan sonra ruslar, ukraynalılar burada Qara dəniz boyunca yerləşdirilmişdir. Odur ki, Çaplı adını türk toponimiyasında axtarmaq lazımdır. Həqiqətən də Böyük Çaplının ətrafında Yulkan Çaplı (yulkan(ölkə)"böyük" deməkdir), Kiçik Çaplı, Qara Çaplı adlı yaşayış məntəqələri mövcuddur. Samara çayının Dnepr çayına qovuşduğu yerdə Çaplı şəhəri yerləşir,-deyə Böyük Sovet Ensiklopediyasında yazılır.(bax: 29 c. s.97.)

Böyük Oğuz tayfası Çaplı,Çəpli(Çəpni) adı Türk ölkələrinin coğrafiyasında çox yayılmış adlardandır. Türkiyədə Çepi kəndi (Ərzurum), Azərbaycanda Çəpni (Dəvəçi və Göyçay rayonları), Çəpli (Gədəbəy r.) kəndlərinin adları bu böyük tayfa adından bir yadigardır. Qoruğa daxil olan çöllərdə iri oğuz heykəlləri – bütlər qalmaqdadır.

Mənbə[redaktə | mənbəni redaktə et]

Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009