Aslan Hüseynov (müğənni)

Aslan Hüseynov (17 may 1967, Cambul vilayəti, Qazaxıstan SSR4 may 2021, Bakı, Azərbaycan) — Azərbaycan müğənnisi.

Aslan Hüseynov
Aslan Tofiq oğlu Hüseynov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Cambul vilayəti, Qazaxıstan SSR, SSRİ
Vəfat tarixi (53 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi Avtoqəza
Dəfn yeri Gəncə, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2000—2021
Janr Estrada

Həyatı[redaktə | mənbəni redaktə et]

Aslan Hüseynov 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub. Ailədə iki bacı, iki qardaş olublar. Orta məktəbi elə orada bitirən Aslan daha sonra Qırğız Dövlət universitetininin hüquq fakültəsinə daxil olub və təhsilini uğurla bitirib. Musiqiyə həvəskar olan Aslan Hüseynov Qazaxıstanda Abay adına Qazax Milli Vokal Studiyasında musiqi təhsili alıb.

Sonralar Azərbaycana köçən Aslan müğənnilik fəliyətini burada davam etdirib. Onun ən məşhur ifaları olan "Reyhan", "İgidlər", "Bulaq suyu, dağ havası" və "Of dədə" Azərbaycan tamaşaçıları tərəfindən sevilib. Müğənni zaman-zaman Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan səhnələrində Azərbaycan mədəniyyətini təmsil etmiş, bir çox uğurlu layihələr həyata keçirmişdir.

Ölümü[redaktə | mənbəni redaktə et]

Aslan Hüseynov 4 may 2021-ci ildə yol nəqliyyat qəzasında vəfat etmişdir. Bakı-Qazax yolunun 60 kilometrliyində "BMW" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşmuşdur.[1] 26 apreldə müğənninin anası da dünyasını dəyişmişdir. Aslan Hüseynov Gəncədə anasının məzarının yanında dəfn edilib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Aslan Hüseynov 2001-ci ildə ailə qurub, iki övladı vardır. Böyük oğlu Polad 2003-cildə, qızı Afərin isə 2006-cı ildə anadan olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Müğənni Aslan Hüseynov yol qəzasında vəfat edib". 2021-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.