Cambul vilayəti (qaz. Жамбыл облысы) — Qazaxıstanın cənubunda vilayət. İnzibati mərkəzi Taraz şəhəridir.
Vilayət | |
Cambul vilayəti | |
---|---|
qaz. Жамбыл облысы | |
|
|
Ölkə | Qazaxıstan |
İnzibati mərkəz | Taraz |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1939-cu il |
Sahəsi | 144 264 km² (5,3 %, 10-cu-ci yer) |
Saat qurşağı | UTC+6 |
Əhalisi | |
Əhalisi | 1 084 482[1] nəfər (2014) (6,7 %,6-cı-ci yer) |
Əhalinin sıxlığı | 7,32 nəfər/km² (6-cı-ci yer) |
Etnik tərkib |
qazaxlar 72,21 % ruslar 10,75 % dunqanlar 4,74 % Anadolu türkləri 2,96 % özbəklər 2,45 % digər 6,89 % (2014 il.)[2] |
Rəsmi dili | qazax dili |
Rəqəmsal identifikatorlar | |
Abreviatura | Cam |
ISO kodu | KZ-31 |
Telefon kodu | +7 7262 xx-xx-xx |
Poçt indeksi | 08xxxx |
Avtomobil nömrəsi | H, 08 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
1939-cu il oktyabrın 14-də təşkil olunmuşdur.[3] Vilayət məşhur qazax akını Cambul Cabayevin (1846 - 1945) şərəfinə adlanmışdır.
Sahəsi 144,2 min km2 . 10 rayonu, 4 şəhəri, 13 qəsəbəsi var. Mərkəzi Taraz şəhərdir
Ərazisi, əsasən, düzənlikdir. Şimal hissəsini Bədbəxttala s[3] əhrası tutur. Cənub şərqi, şərqi və cənubu dağlıqdır. Maksimum hündürlük 4000 m. Faydalı qazıntıları: fosforitlər, flüorit, qızıl, mis, uran, əlvan metallar, barit, daş kömür, qaz, tikinti materialları. İqlimi kəskin kontinentaldır. Orta temperatur yanvarda –5 dən –10 °C-yədək, iyulda 20 –27 °C-dir. İllik yağıntı 350–900 mm. Mühüm çayları: Çu, Talas, Assa və s. Ən boz və şabalıdı torpaqlar yayılmışdır. Söyüd-iydə, ağcaqovaq-küknar meşələri, qamışlıqlar, ağotlu-şırımlı topal və yovşanlı-şoranotlu çöllərlə örtülüdür. 2100 m-dən yüksəkdə subalp və Alp çəmənlikləri var. Heyvanları: ceyran, cüyür, say qak, dağ keçisi, canavar, tülkü, porsuq, gəlincik, qaban, ondatra, sünbülqıran, ərəbdovşanı, dovşan, sürünənlər və s. Göl və çayları balıqla zəngindir. böyük gölləri: Balxaş (cənub-qərb hissəsi), Biylikol, Akkol, Aşikol. Boz-qonur səhra.[3]
Yerli təbii ehtiyatlar və kənd təsərrüfatı xammalı bazasında kimya, yüngül, yeyinti və tikinti sənayesi müəssisələri fəaliyyət göstərir. Mədən-kimya kombinatı (Qaratau, fosforitlərin hasilatı və emalı üzrə), superfosfat zavodları (Cambul), yüngül sənaye müəssisələrindən xrom, rezin məmulatlar zavodları, dəri-ayaqqabı kombinatı, yunun ilkin emalı, tikiş, qalantereya fabrikləri (Cambul), dəri kombinatı (Georgiyevka); yeyinti sənayesi müəssisələrindən şəkər kombinatı (Cambul), şəkər zavodları (Çu, Oytal), ət, spirt-araq kombinatları, şərab, balıq, pivə zavodları (Cambul), süd və yağ-pendir zavodları (Cambul, Qaratau, Çuvə rayon mərkəzlərində) var. Maşınqayırma və metal emalı müəssisələri – ehtiyat hissələri, kommunal avadanlıq, aqreqat-təmir, texnoloji metal konstruksiyalar, təmir-mexaniki (Cambul, Çu, Luqovaya), avtomobil təmiri (Qranitoqorsk) zavodları ilə təmsil olunmuşdur. Kərpic (Cambul, Mi xaylovka), gips, körpü və dəmir-beton məmulatları, iripanelli evtikmə zavodları, tikinti hissələri və konstruksiyalar (Cambul), tikinti materialları (Cambul, Qaratau) kombinatları, yol əhəngi və dol du rucular (Georgiyevka) zavodu; mebel fabriki (Cambul) fəaliyyət göstərir. Cambul vilayətinin energetikası təbii qaz və qismən də su enerjisinə əsaslanır.Heyvandarlıq və suvarma, qismən dəm yə əkinçiliyi kənd təsərrüfatının əsasını təşkil edir. Bağçılıq, üzümçülük inkişaf etmişdir.
Cambul vilayəti Qazaxıstanda azərbaycanlıların ən çox yaşadığı rayondur. Onların əksəriyyəti 30-cu illərdə Azərbaycandan sürgün edilmiş azərbaycanlıların övladlarıdır.
Əh. 1 mln. (2011).
Vilayət 10 rayona bölünür[4]:
Vilayət tabeli Taraz və rayon tabeli Karatau, Canatas və Şu şəhərləri.