Aslan Hüseynov (17 may 1967, Cambul vilayəti, Qazaxıstan SSR – 4 may 2021, Bakı, Azərbaycan) — Azərbaycan müğənnisi.
Aslan Hüseynov | |
---|---|
Aslan Tofiq oğlu Hüseynov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cambul vilayəti, Qazaxıstan SSR, SSRİ |
Vəfat tarixi | (53 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Avtoqəza |
Dəfn yeri | Gəncə, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2000—2021 |
Janr | Estrada |
Aslan Hüseynov 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub. Ailədə iki bacı, iki qardaş olublar. Orta məktəbi elə orada bitirən Aslan daha sonra Qırğız Dövlət universitetininin hüquq fakültəsinə daxil olub və təhsilini uğurla bitirib. Musiqiyə həvəskar olan Aslan Hüseynov Qazaxıstanda Abay adına Qazax Milli Vokal Studiyasında musiqi təhsili alıb.
Sonralar Azərbaycana köçən Aslan müğənnilik fəliyətini burada davam etdirib. Onun ən məşhur ifaları olan "Reyhan", "İgidlər", "Bulaq suyu, dağ havası" və "Of dədə" Azərbaycan tamaşaçıları tərəfindən sevilib. Müğənni zaman-zaman Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan səhnələrində Azərbaycan mədəniyyətini təmsil etmiş, bir çox uğurlu layihələr həyata keçirmişdir.
Aslan Hüseynov 2001-ci ildə ailə qurub, iki övladı vardır. Böyük oğlu Polad 2003-cildə, qızı Afərim isə 2006-cı ildə anadan olub.
Aslan Hüseynov 4 may 2021-ci ildə yol nəqliyyat qəzasında vəfat etmişdir.[1][2] Bakı-Qazax yolunun 60 kilometrliyində "BMW" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşmuşdur. 26 apreldə müğənninin anası da dünyasını dəyişmişdir. Aslan Hüseynov Gəncədə anasının məzarının yanında dəfn edilib.[3][4]