Mustafazadə Aslan Müstafa oğlu (Aslan Kəmərli) — şair, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975), "Azərbaycan" qəzetinin bölgə müxbiri, "Qazax" Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri (1992-ci ildən).
Aslan Kəmərli | |
---|---|
Aslan Müstafa oğlu Mustafazadə | |
Doğum tarixi | |
Doğum yeri | Kəmərli, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | Kəmərli, Qazax rayonu, Azərbaycan |
Vəfat səbəbi | avtomobil qəzası |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | şair |
Aslan Kəmərli 1942-ci il noyabrın 19-da Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş (1949-1959), sonra kolxozda çalışmışdır (1959-1960). Bakı rabitə texnikumunda təhsilini davam etdirmişdir (1960-1963). Ordu sıralarında xidmət etmişdir (1963-1966). Əmək fəaliyyətinə "Neft daşları" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, sonra redaktor işləmişdir (1968-1971), "Azərbaycan gəncləri" qəzeti redaksiyasının xüsusi müxbiri olmuşdur (1971-1977). M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirmişdir (1971-1976). "Pioner" jurnalı redaksiyasında məsul katib (1977-1991), "Azərbaycan" qəzetində müxbir, sonra Gəncə-Qazax zonası üzrə xüsusi müxbir olmuşdur (1992-ci ildən). "Qazax" Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri idi (1992-ci ildən). SSRİ jurnalistlər dəstəsinin tərkibində Türkiyədə olmuşdur. Ədəbi yaradıcılığa "Xala bənzər", "Dənizdə şəhər" adlı ilk mətbu şeirləri ilə başlamışdır. Həmin lirik şeirləri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxdıqdan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir.
1992-ci il oktyabr ayının 21-də avtomobil qəzası nəticəsində vəfat etmiş, doğma kəndində dəfn olunmuşdur.