Aslan Quliyev

Quliyev Aslan Buludxan oğlu (Bilnə, Yardımlı rayonuAzərbaycan SSR, SSRİ) — azərbaycanlı yazıçı, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Aslan Quliyev
Aslan Buludxan oğlu Quliyev
Doğum tarixi (66 yaş)
Doğum yeri Bilnə, Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası riyaziyyat
Əsərlərinin dili azərbaycanca

Həyatı[redaktə | mənbəni redaktə et]

Aslan Quliyev 1957-ci il sentyabrın 26-da Yardımlı rayonunun Bilnə kəndində anadan olub. Burada qonşu Vərgədüz kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1975-1977). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsilini qiyabi davam etdirmişdir (1978-1983). Bilnə kənd səkkizillik məktəbində müəllim (1980-1984), 183 saylı Yardımlı peşə məktəbində riyaziyyat müəllimi (1984), orada rayon şahmat məktəbinin direktoru (1984-1989), Yardımlı Müəllimlər Evinin direktoru (1989-1991), Yardımlı rayon xalq təhsili şöbəsində inspektor (1991-1992), orada gənc texniklər stansiyasının direktoru (1992-1996) işləmişdir. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Ədəbi yaradıcılığa 80-ci illərdən başlamışdır. Dövri mətbuatda kiçik hekayələrlə çıxış edir. "Bahar küləkləri" (1987), "Serjant mülki geyimdə" (1996), "Yolun sonu", "Yazıçının savaşı", "Sonuncu", "Ağrı", "İsti və soyuq torpaqlarda" adlı nəsr kitablarının müəllifdir. Nəsr əsərləri, publisistik yazıları qəzet və jurnallarda, almanaxlarda çap olunub, virtual aləmdə yayımlanır, rus və türk dillərinə tərcümə olunub. Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub.

Rus, türk, ingilis, ərəb, ispan, Amerika, Polşa yazıçılarının əsərlərini dilimizə çevirib.