Vətəndaş Həmrəyliyi Partiyası və ya qısaca VHP — Azərbaycanda 26 sentyabr 1992-ci ildə istiqlalçı millət vəkili , xalq hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının başçılığı ilə qurulan, Ədliyyə Nazirliyi tərəfindən 3 noyabr 1992-ci il tarixində qeydiyyata alınan siyasi partiya.
Vətəndaş Həmrəyliyi Partiyası | |
---|---|
Sədri | Sabir Rüstəmxanlı |
Qurucu | |
Sədr müavinləri |
Fəzail İbrahimli Samir Əsədli Elxan Mirzəyev Arif İsmayılbəyli Yusif Salmansoy Nəsimi Şərəfxanlı |
Quruluş tarixi | 26 sentyabr 1992 |
Qeydiyyat tarixi | 3 noyabr 1992 |
Baş qərargah | Bakı şəh., Tbilisi pr. 76 |
İdeologiya | azadlıq, Solidarizm, bərabərlik |
İdeoloji spektr | mərkəz sağ |
Üzvlüyü |
Demokratik Konqress (2000) Müxalifətin Koordinasiya Mərkəzi (2004) Demokratik Azərbaycan Bloku (2005) Demokratiya Bloku (2010) |
Üzv sayı | 8 800-dən çox[1] (2023) |
Şüar | Nicatımız vətəndaş həmrəyliyindədir![2] |
AŞPA-da |
1 / 648 [a] |
Milli Məclisdə |
3 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə sədrləri |
0 / 1.605 |
Bələdiyyə üzvləri |
5 / 15.156 |
Himn | Azadlıq Marşı |
Mətbuat orqanı | Vətəndaş Həmrəyliyi qəzeti |
Saytı | vhp.az |
Azərbaycan Respublikasının Milli Məclisində 3 millət vəkili ilə Yeni Azərbaycan Partiyasından sonra millət vəkili sayına görə 2-ci partiyadır.
Partiyanı Azərbaycan Milli Məclisi VI çağırışında 3 millət vəkili — Fəzail İbrahimli, Rafael Hüseynov və Sabir Rüstəmxanlı təmsil edir. Partiya həmçinin Milli Məclisin sədarətində — Fəzail İbrahimli Milli Məclisin sədr müavini olaraq təmsil olunur.
Partiyanın 15 dekabr 2006-cı il tarixindən etibarən[3] Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Almas Qəhrəmanlıdır.
Partiyanın mətbu orqanı "Vətəndaş Həmrəyliyi" qəzeti, "Bakı Təbriz" jurnalı və "www.vhp.az" internet saytıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Vətəndaş Həmrəyliyi Partiyasının üzvlərinin 61%-i kişi, 39%-i isə qadın olmuşdur.[4]
26 sentyabr 1992-ci il tarixində Gənc Tamaşaçılar Teatrında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) I Təsis Qurultayı keçirilmişdir. Qurultayda Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri seçilmişdir. Qurultayda, həmçinin, partiyanın Nizamnaməsi, Məramnaməsini qəbul edilmiş və partiyanın ilk rəhbərliyi seçilmişdir. Partiya 3 noyabr 1992-ci il tarixində ölkənin 7-ci siyasi partiyası olaraq rəsmi dövlət qeydiyyatına alınmışdır.
Vətəndaş Həmrəyliyi Partiyasının əsas ideyası həmrəylikdir. Partiya "həmrəylik" ifadəsini azadlıq, bərabərlik məqsədlərinə çatmaq, bu dəyərləri gerçək məzmunla doldurmaq üçün insanların birgə fəaliyyəti, bütün bölgə və təbəqələrin milli məqsədlər uğrunda birləşməsi, zəiflərə himayə və qarşılıqlı yardım olaraq izah edir. Partiyanın əsas ideoloji xətti "həmrəylik", "azadlıq" və "bərabərlik"dir.
Vətəndaş Həmrəylik Partiyasının 82 rayon və 1 Muxtar Respublika təşkilatı var. Partiyanın bu günə kimi 6 (8) qurultayı keçirilib. VHP-nin ali orqanı Qurultaydır. Qurultayda sədr, Ali Məclis və Mərkəzi Nəzarət-Təftiş Komissiyası seçilir. Ali Məclisin sessiyalar arası dövründə əsas qərar verici orqan — Siyasi Şuradır.
Sədrlər[redaktə | mənbəni redaktə et]
|
Siyasi Şura[redaktə | mənbəni redaktə et]
|
Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatı VHP-nin Nizamnaməsini və Məramnaməsini əsas tutaraq öz fəaliyyətini qurur. Təşkilat öz konfransında gizli səs vermə yolu ilə sədrini və digər seçkili qurumlarını üzvlərini seçir. VHP Gənclər Təşkilatına müxtəlif vaxtlarda Müşfiq Talıblı, Talıb Əhədov, Samir Əsədli, Vasif Həsənli, Elçin İmanov, Pərviz Həsənov, Ceyhun Nəbiyev, Emil Bağırov, Baba Qamətli, Pünhan İmamlı, Tural Hüseynli, Amal Ata və Kamran Habiloğlu rəhbərlik ediblər. Hazırda Gənclər Təşkilatına Yusif Xantemir rəhbərlik edir.
Vətəndaş Həmrəyliyi Partiyasının Qadınlar Şurası partiyanın qadın üzvlərinin bazası əsasında formalaşdırılmışdır. Hazırda partiyanın 5 rayon təşkilatının sədri də qadındır. Həmçinin VHP üzvü olan qadınlar Ali Məclis və Siyasi Şurada da təmsil olunurlar. Qadınlar Şurasına Almas Qəhramanlı, Ofelya Rəşidqızı, Şəfəq Quliyeva, Rəsmiyyə Sabir, Aygün Qurbanlı rəhbərlik ediblər. 2022-ci ilin fevral ayının 5-də Vətəndaş Həmrəyliyi Partiyası Qadınlar Şurasının iclası keçirilmiş, iclasda Aysel Xanlarqızı Vətəndaş Həmrəyliyi Partiyası Qadınlar Şurasının sədri seçilmişdir.[5]
Ağsaqqallar Şurası VHP-nin yaşlı üzvləri əsasında formalaşdırılan qurumdur. Şuraya texnika elmlər doktoru, prof. Sabir Həsənov başçılıq edir.
Vətəndaş Həmrəyliyi Partiyasının birinci təsis qurultayında simurq formasında, Azərbaycan bayrağı rənglərində olan emblemdən istifadə olunmuşdur.
Vətəndaş Həmrəyliyi Partiyasının əsas atributlarından biri olan gerbin müəllifi tanınmış rəssam-heykəltaraşlar Məzahir Afşardır. Gerbin rəmzləri qədim Türk dövlətçilik ənənələrindən qaynaqlanır:
Vətəndaş Həmrəyliyi Partiyasının rəngi ağ rəngdir. Ağ rəng həmrəyliyin, birliyin və vətəndaş sülhünün rəmzi sayılır.
Azadlıq Marşı (Yazar: Elçin Mirzəbəyli; Musiqi: Heyratı)
Ey ulu Vətənim, doğma torpağım, |
Nəqərat: |
Biz ki, Vətən oğlu, millət oğlu, Odlar oğluyuq, (Nəqərat) |
Yad qılınc ilə qırıldıq yetər, (Nəqərat) |
|
VHP indiyədək bütün parlament, bütün bələdiyyə və 2003-cü il prezident seçkilərində iştirak edib.
2003-cü il prezident seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası sədr Sabir Rüstəmxanlının namizədliyini irəli sürmüşdür. Qeydə alınan və seçki bülletenində adı olan 8 namizəddən biri olan Sabir Rüstəmxanlı 19 973 (0,82%) səs toplayaraq seçkiləri 6. sırada tamamlamışdır.[6]
2013-cü il prezident seçkilərində partiya rəhbərliyində təmsil olunan bir çox üzv Demokratik Qüvvələrin Milli Şurasına üzv olaraq ortaq namizəd Cəmil Həsənlinin namizədliyi[7] dəstəkləmişdir. Bu seçkilərdə Cəmil Həsənli 204 642 (5,53%) səs toplayaraq seçkiləri 2. sırada tamamlamışdır.[8]
Vətəndaş Həmrəyliyi Partiyası seçkilərə adətən partiya olaraq tək qatılmışdır. 1995-ci il parlament seçkilərində tək mübarizə aparan Vətəndaş Həmrəyliyi Partiyası 70 sayılı Yardımlı-Masallı seçki dairəsindən Sabir Rüstəmxanlının deputat seçilməsiylə parlamentdə təmsil olunmuşdur.
2000-ci parlament seçkilərində nisbi səsvermə yolu ilə seçkilərdə mübarizə aparan Vətəndaş Həmrəyliyi Partiyası partiya siyahıları arasında Yeni Azərbaycan Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasından sonra 3-cü yeri tutaraq 3 mandat qazanmışdır. Partiyanın vahid namizədlər siyahısından ilk sırada Sabir Rüstəmxanlı, ikinci sırada Fəzail İbrahimli və 3-cü sırada olan Rafael Hüseynov deputat seçilmişdir.[9]
Vətəndaş Həmrəyliyi Partiyası 2005-ci il parlament seçkilərində Ədalət Partiyası və Vahid Azərbaycan Milli Birlik Partiyası ilə Demokratik Azərbaycan Seçki Blokunu yaratmışdır. Həmin seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyası 2 (72 saylı Yardımlı-Masallı seçki dairəsindən Sabir Rüstəmxanlı, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən Rafael Hüseynov) mandat qazanmışdır.[10][11] Daha sonra 10 seçki dairəsində seçki nəticələri ləğv olunaraq 2006-cı ildə təkrar seçkilər keçirilmişdir. Bu seçkilərdə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli, 106 sayılı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən isə Ədalət Partiyasının sədri İlyas İsmayılov deputat seçilmişdir.[12]
2010-cu il parlament seçkilərinə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası ilə "Demokratiya" Seçki Blokunu təsis edərək qatılın Vətəndaş Həmrəyliyi Partiyası həmin seçkilərdə 3, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası isə 1 mandat qazanmışdır.[13]
2015-ci il parlament seçkilərində partiya sədri Sabir Rüstəmxanlı səhhəti ilə bağlı iştirak etməsə də 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Fəzail İbrahimli və 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən Rafael Hüseynov deputat seçilmişdir.[14]
2020-ci il parlament seçkilərində partiya sədri Sabir Rüstəmxanlı seçkilərdə iştirak etmə qərarı almışdır. 61 saylı Neftçala seçki dairəsindən Sabir Rüstəmxanlı, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Fəzail İbrahimli və 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən Rafael Hüseynov deputat seçilmişdir.
Seçki | Sədr | Majoritar | Proporsional | Cəmi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Səs | % | ± | Mandat | Səs | % | ± | Mandat | |||
1995 | Sabir Rüstəmxanlı |
— | 1 / 100 |
— | — | — | — | 1 / 125
| ||
2000 | 0 / 100 |
182,777 | 6.43 | — | 3 / 25 |
3 / 125
| ||||
2005 | 2 / 125 |
— | — | — | — | 2 / 125
| ||||
2010 | 46,512 | 1.95 | 3 / 125 |
— | — | — | — | 3 / 125
| ||
2015 | 37,561 | 1.32 | ▼ 0.63 | 2 / 125 |
— | — | — | — | 2 / 125
| |
2020 | 3 / 125 |
— | — | — | — | 3 / 125
| ||||
2024 | — | — | — | — |
Seçki | Sədr | Səs | Mandat | |
---|---|---|---|---|
# | % | |||
2006 | Sabir Rüstəmxanlı | 1 / 10
|
2019-cu il bələdiyyə seçkilərinə qatılan VHP-nin 6 üzvü bələdiyyə üzvü seçilib. Onlar Sumqayıt, Bərdə, Göyçay, Neftçala şəhərləri, Bakının Qızıldaş və Beyləqanın Orta Əlinəzərli bələdiyyələrində təmsil olunmaq hüququ qazanıblar.
Seçki | Sədr | Səs | Yer | ||
---|---|---|---|---|---|
# | % | ± | |||
1999 | Sabir Rüstəmxanlı | 500 / 20.456
| |||
2004 | 103 / 20.346
| ||||
2009[15] | 115 / 15.591
| ||||
2014 | 0 / 15.035
| ||||
2019 | 6 / 15.156
|
Seçki | Sədr | Səs | Bələdiyyə üzvü | |
---|---|---|---|---|
# | % | |||
2006[16] | Sabir Rüstəmxanlı | 7 / 1.901
| ||
2011 |
VHP-nin Mərkəzi bərargahı Bakı şəhəri, Nəsimi rayonu Tbilisi pr. 76 ünvanında yerləşir. VHP-nin 6 yerli təşkilatının qərargahı mövcuddur.