Aslanxan Gövhər

Aslanxan Gövhər (1847, Tivi, Ordubad rayonu1906, Tivi, Ordubad rayonu) — şair.

Aslanxan Gövhər
Nəsirov Aslanxan Gövhər
Təxəllüsü Gövhər
Doğum tarixi 1847
Doğum yeri
Vəfat tarixi 1906
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Janr Şeir

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

1847-ci ildə Ordubad rayonun Tivi kəndindən anadan olmuşdur. Nəsirov soyadlı yoxsullaşmış bəy ailəsində doğulmuş, əvvəlcə Məşədi Muxtar adlı ruhaninin yanında oxumuş, sonra isə Ordubadda mədrəsə təhsili almışdır.

1906-cı ildə Tivi kəndində vəfat etmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Pedaqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Bir müddət OrdubaddaQarabağda müəllimlik etmişdir.

Bədii yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Gəncliyində Ordubadda Gövhər adlı qız aşiq olmuş və onun adını özünə təxəllüs götürmüşdür. Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən olmuş, əsasən, aşıq şeir tərzində yazmışdır. lirikasında əsasən, şairin şəxsən tanıdığı gözəllər (Mələk, Nərgiz və b.) realistcəsinə vəsf olunur. Yaradıcılığında ictimai mövzular da əhəmiyyətli yer tutut. Şair sosial ədalətsizliyi, yoxsullarına ağır güzəranını hakim təbəqələrin zülmünü təsvir və tənqid etmişdir. Şeirlərində bədbinlik, ümidsizlik, zəmanədən şikayət motivləri də öz əksini tapmışdır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Qədimov Ə, Aslanxan Gövhər, Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri (humanitar seriya), 1999,№4.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 29. ISBN 5-8066-1468-9.