Tivi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.[1]
Tivi | |
---|---|
39°07′28″ şm. e. 45°53′29″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Ordubad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.583 m |
Saat qurşağı | |
Burada son Tunc və antik dövürlərinə aid maraqlı abidələr (nekropol və yaşayış yeri)vardır. Gəmiqaya rəsimləri Tivi kəndinin şimal-şərqindədir.[2]
Kənddə Tam orta məktəb, Tibb Məntəqəsi, Mədəniyyət evi yerləşir. Tivi kəndi özündə qədim ənənələri yaşadır. Burada Azərbaycanın bir çox bölgəsində olduğu kimi Kiçik Çillənin axırıncı Cümə Axşamı Xıdır Nəbi Mərasimi keçirilir. Bu vaxt evlərə papaq atılır. Bundan başqa hər il İlaxır Çərşənbə böyük coşğu ilə qeyd olunur. Özünəməxsusluğu ilə seçilən Tivi adətlərindən biri də Xan Şənllikləridir.
Ordubad rayonununda kənd. Zəngəzur silsiləsindədir. Oykonim ərazidəki mineral bulaqların adı ilə bağlıdır.Bulaq yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunur.Toponimiyada tivi "bataqlıq", "göl", "su dolan yer" "su şırnağı" mənalarında işlənmişdir.[3]
Rayon mərkəzindən təqribən 60 km şimal-qərbdə, Ordubad-Bist avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyində yerləşir.
Dağların cənnət guşəsi sayılan Tivi saysız-hesabsız mineral suların ocağıdır.
Əhalisi 1412 nəfərdir (2009).
Eyniadlı bələdiyyənin mərkəzidir.
Kənd əhalisi bağçılıq, əkinçilik, heyvandarlıq və arıçılıqla məşğuldur.