Oraqşəkilli qulançar (lat. Asparagus falcatus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Oraqşəkilli qulançar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Oraqşəkilli qulançar |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Yabanı halda bu bitkiyə Şri-Lankada və Afrikanın tropik və ya cənub-şərq regionlarında rast gəlinir.
Hündürlüyü 15 m-ə qədər oln sarmaşan bitkidir. Yarpağının uzunluğu 7-8 sm, oraqşəkillidir. Oraqşəkilli qulançar yeməli qulançarın qohumudur və bu cinsin əksər növləri kimi ensiz "yarpaqları" ilə fərqlənir. "Yarpaqları" əslində şəklini dəyişmiş zoğlardır (fylokladium); onlar 3-4 ədəd olmaqla dəstələrə yığılmışdır. Sonradan yarpaqları uzanır və oduncaqlaşır. Çiçəkləri ağdır. Yazda çiçəkləyir. Oraqşəkilli qulançar xırda, zərif qoxulu çiçəkləri qonur giləmeyvələr əmələ gətirir. Qulançarın ağ kökləri sonradan oduncaqlaşır və öz görünüşü ilə qırmızı turpun kök meyvələrinə bənzəyir.
Oraqşəkilli qulançar zərərverici və xəstəliklərə davamlıdır. Gövdələrindəki qarmaqvari iynələri onları cücü yeyən heyvanlardan qoruyur. Qulançarın köklərinin sərbəst inkişafı üçün məhsuldar gilli torpağa əkmək lazımdır.
2003- cü ildə Mərdəkan dendrarisində introduksiya olunmuşdur.
Tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasında bitkinin gövdələrini bambukdan olan qövsvari dirəklərə bağlamaq və ya onlardan yaşıl sütun yaratmaq olar. Növün budaqları dekorativ yarpaqlı çiçəkli bitkilər üçün gözəl fon yaradır.