Assimilyasiya (yun. assimslatio) — bütün canlılara xas olan proses, maddələr mübadiləsində tərəflərdən biri. Assimilyasiya daha bəsit maddələrdən orqanizmi təşkil edən mürəkkəb maddələrin əmələ gəlməsidir.
Assimilyasiya prosesi enerji mənbəyi olan ehtiyatların toplanmasını, böyüməsini, inkişafını və orqanizmin təzələnməsini təmin edir. Bütün canlı təbiət üçün enerji mənbəyi günəş şüalarıdır. Yalnız avtotrof orqanizmlərdən olan yaşıl bitkilər fotosintez prosesində Günəş enerjisindən bilavasitə istifadə edir və qeyri üzvi birləşmələrdən üzvi birləşmələr (karbohidratlar, amin turşuları, zülallar və s.) yaradır.[1]
Qida rasionlarının enerji dəyərinin normallaşdırılmasının elmi əsasları