Astagəl qiymətləndirmə

Astagəl qiymətləndirmə (ing. lazy evaluation) – qiymətləndirmə əməlini yalnız gərəkli olduqda və yalnız müəyyən həddə kimi yerinə yetirməyə imkan verən proqramlaşdırma metodikası. Astagəl qiymətləndirmə çox böyük cədvəlləri və siyahıları kifayət qədər tez və səmərəli emal etməyə imkan verir. Məsələn, əgər proqram A cədvəlinin 2 sütunu ilə B cədvəlinin 4 sütununun nə dərəcədə eyni olub-olmamasını müəyyənləşdirməlidirsə, astagəl qiymətləndirmə sütunları, uyğunsuzluğu aşkarlayanadək və ya sütunlardan birinin sonuna varanadək element-element tutuşduran proqram kimi gerçəkləşdirilir (əks halda, əgər proqram hər iki sütunu tam emal etməli olsaydı, bu artıq vaxt olardı).[1]

  1. İsmayıl Calallı (Sadıqov). "İnformatika terminlərinin izahlı lüğəti", "Bakı", 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]