Asterkimilər

Mürəkkəbçiçəklilər (lat. Asteraceae) — i̇kiləpəlilər sinfinin astraçiçəklilər sırasına aid bitki fəsiləsi.

Mürəkkəbçiçəklilər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bu fəsiləyə daxil olan 900–1000 cinsin 25000-ə yaxın növü var. Demək olar ki, Yer kürəsinin hər tərəfinə yayılmışdır, və bütün iqlim zonalarında mövcuddur və əksəriyyəti otşəkilli bitkidir. Çiçəyinin quruluşu : Çiçəkləri səbət çiçək qrupunda toplanmışdır. Səbəti təşkil edən çiçəklərdə bəzən kasa yarpaqları olmur, və ya tükşəkilli olub kəkil əmələ gətirir. Erkəkcikləri 5 ədəddir. Onların tozluqları bitişərək içərisindən dişicik sütuncuğu keçən boru əmələ gətirir. Dişicikləri 2 ağızcıqlıdır. Mürəkkəbçiçəklilərin səbəti müxtəlif tipli çiçəklərdən təşkil oluna bilər. Bu çiçəklərin əksəriyyəti həşəratlarla çarpaz tozlanır. Meyvəsi-toxumçameyvədir. Bir çoxunun toxumçameyvələrində küləklə yayılmanı təmin edən uçağanı olur.

Mədəni və yabanı nümayəndələri: mədəni nümayəndələrinə-günəbaxan, topinambur, astra, georgin aiddir.

Yabanılara isə zəncirotunu, göyçiçəyi, çobanyastığını, dəvədabanını və s. göstərmək olar.

Mürəkkəbçiçəklilərin aptek birəotu, üçbarmaq, andız kimi nümayəndələri dərman bitkiləri hesab olunur. Georgin, astra, payızgülü isə bəzək bitkisi (dekorativ bitki) kimi becərilir.

XV əsr müəllifi Əli İbn Hüseyn Ənsariyə görə çobanyastığı çiçəyinin həlimi sidikqovucudur, laktoqen təsirə malikdir (südü artırır), sinir sistemini sakitləşdirir. Çobanyastığı çiçəyini çeynədikdə, ağız yaralarına qarşı kömək edir. Çobanyastığı çiçəyinin həlimi ödü qovur, öd kisəsindəki daşları çıxardır, yoğun bağırsaq iltihabında və başqa mədə-bağırsaq xəstəliklərində müsbət təsir göstərir. Çiçəklərin dozası – 14 q qədərdir. Çobanyastığının kökü onun çiçəyindən daha təsirlidir. 4,5 q çobanyastığı kökünü bal ilə qəbul etdikdə, cinsi həvəsi artırır. Çobanyastığı çiçəyinin yağını sürtmək soyuq şişləri sovurur və xoraları sağaldır. Bundan əlavə çobanyastığı çiçəyinin mərhəmi yüksək qızdırmada, titrəmədə, və əsmədə çox xeyirlidir. Bu məlhəm həmçinin karlıqda, bel ağrısında, rematizmdə, yel xəstəliyində xeyirlidir. Bunları "Ixtiyarəti-bədii" (XIV əsr) əsərinin müəllifi qeyd edir.

Çobanyastığı çiçəyinin tərkibində iltihabəleyhinə və spazmalitik (spazma götürən) təsirli "xamazulen" adlı maddə vardır. Aptek çobanyastığı çiçəkləri və həlimi spazmalitik vasitə kimi içilir. Çobanyastığı çiçəyi həmçinin sakitedici bitki yığımının tərkibinə daxildir. Sulu həliminin imaləsi qarın köpündə, qastritlərdə, enteritlərdə və s. istifadə edilir.

İştahı açar. Sinirləri sakitləşdirici xüsusiyyətiylə, başda bel və baş ağrısı olmaq üzrə, ağrıları dindirər. Diş ağrısına da faydalıdır. Bədənə rahatlıq verər. Basil ağrılarını da azaldar. Sidik artırıcıdır. Atəş salıcı və mikrob öldürücüdür. Mikrob öldürücü təsiri səbəbiylə diş əti, ağız, boğaz və badamcıq iltihablarında qarqara olaraq faydalıdır. Ayrıca, yaralarda və basildə sarğı olaraq istifadə edilsə həm mikrobları öldürər həm də yaranın yaxşılaşmasını sürətləndirər.

Çobanyastığı bağırsaq qazlarını da sökər. Spazmı aradan qaldırıcı və qaz sökdürücü təsirləri ilə xüsusilə qastrit və xorada faydalı olan çobanyastığı həm xoraya qarşı qoruyucu həm də yaxşılaşmağı sürətləndirici təsir göstərər.

Çobanyastığı çiçəklərindən 1 xörək qaşığına 200 ml qaynar su əlavə etmək tövsiyə olunur. Xora xəstəliyində təzəcə hazırlanmış dəmləməsini hər səhər içmək lazımdır. Bundan sonra növbə ilə bədənin hər dörd tərəfi üzərində yatmalı ki, dəmləmə bərabər qaydada mədənin selikli qişasına təsir etsin və ağrını kəssin. 15 dəqiqədən sonra isə xörək yemək lazımdır.

Çobanyastığıdan çobanyastığı çayı, çobanyastığı yağı və boya əldə edilər. Çobanyastığı çayı xarab olmuş dəriləri təmizləmək və təzələmək üçün faydalıdır. Bu çayla gözə sarğı edilsə gözdəki şişlikləri aradan qaldırar. Çobanyastığı suyu duş sununa qatılsa dəris(n)i təzələyər və saçlara parlaqlıq verər. Çobanyastığı sununun saç baxımı üçün istifadəsi də məşhurdur. Ayrıca, çobanyastığı suyu ilə duş qəbul etmək xəstələrin yaxşılaşmasını da sürətləndirər. Çobanyastığı yağı ağrı müalicəsi üçün istifadə edilər. Xüsusilə uşaq və körpələrdəki qarın ağrısında çobanyastığı yağı isidilib qarına masaj edilsə faydası görülər.

Çobanyastığı qaynadılıb buxarı tənəffüs edilsə soyuqdəymə və sinüzitə yaxşı gəlir. Çobanyastığı çayının faydaları arasında bağırsaq qazlarını azalması da sayıla bilər. Bunun üçün süd ilə birlikdə içilməlidir.

Yarımfəsilələri

[redaktə | mənbəni redaktə et]

Mürəkkəbçiçəklilər fəsiləsinə aid cinslərin siyahısı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]